Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Voskepar kəndlərində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Aşağı Əskipara, Məzəm kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Kürdlər kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Avqust 21, 2017 4:08

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Avqust 20, 2017 4:21

Parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə edilib

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatı avqustun 17-də Azərbaycan Respublikası Milli Məclisində olub.Azərtac xəbər verir ki, görüşdə Dünya Skaut Konfransının əhəmiyyəti, Azərbaycanda Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva bildirib ki, bu cür beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın necə inkişaf etdiyinin bariz göstəricisidir. Azərbaycanda son illər bir sıra beynəlxalq tədbirlər keçirilir, dünyanı narahat edən məsələlər məhz burada müzakirə olunur və həll yolları tapılır. Bu, Azərbaycan təcrübəsini dünyaya göstərir, eyni zamanda, beynəlxalq əlaqələrimizi genişləndirir. Azərbaycan dünyada tolerantlıq mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib. Əsrlərdir ki, müxtəlif mədəniyyətlərin nümayəndələri burada sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar.Koreyalı deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu insanların arzusu doğma torpaqlarına qayıtmaqdır. Dünyada miqrant problemləri müzakirə ediləndə bütün dövlətlər birlikdə bu problemin həllinə nail olmağa çalışırlar, bundan çıxış yolu axtarırlar. Ancaq Azərbaycan illərdir ki, bu problemlə qarşı-qarşıya qalıb və bunun öhdəsindən gələ bilib.Koreya nümayəndə heyətinin rəhbəri, Milli Assambleyanın üzvü Li Yu-yanq Azərbaycanda olmaqdan məmnunluqlarını bildirib, bu səfərin onlarda zəngin təəssüratlar yaratdığını qeyd edib. Qonaq Azərbaycan ilə Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində yaxın vaxtlarda Azərbaycanda Koreya mədəniyyəti günlərinin və digər tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb. O vurğulayıb ki, Koreya istehsalı olan texnologiyalar Azərbaycanın sərvətləri ilə birləşəndə böyük uğurlar əldə etmək mümkündür. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirən deputat Koreya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli şərait yaradıldığını söyləyib. O, həmçinin Bakıda 41-ci Dünya Skaut Konfransının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.xeber100.com

Avqust 17, 2017 2:50

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Avqust 15, 2017 12:53