Məsləhət Şurasının 13-cü iclasının gündəliyi açıqlanıb

MDB-yə üzv ölkələrdə dövlətin maddi ehtiyatlarına idarəçiliyi həyata keçirən icra orqanları rəhbərlərinin Məsləhət Şurasının 13-cü iclasının gündəliyi açıqlanıb.Azərtac xəbər verir ki, Birlik ölkələrinin təmsilçiləri Minskdə bir araya gələrək Şuranın 2016-cı və 2017-ci illərdəki fəaliyyətini nəzərdən keçirəcəklər. MDB-yə üzv ölkələrin dövlətin maddi ehtiyatlarının elmi-texniki sisteminin inkişafı, bu illər ərzində kadrların ixtisasının artırılması sahəsində görülən işlərin nəticələri müzakirə ediləcək. Bundan başqa, 2013-cü ildən 2017-ci ilədək bu istiqamətdəki fəaliyyətlə bağlı hesabatın MDB-nin İqtisadi Şurası yanında iqtisadi məsələlər üzrə komissiyaya təqdim ediləcəyi nəzərdə tutulub.İclasda 2016-2020-ci illəri əhatə edən MDB-nin iqtisadi inkişafının strategiyasının 3-cü mərhələsinin reallaşdırılması üzrə Tədbirlər Planının həyata keçirilməsinə və MDB-nin hüquq-müqavilə bazasının inventarizasiyası məsələsinə baxılacaq. Şura üzvləri növbəti müddətə MDB-yə üzv dövlətlərdə dövlətin maddi ehtiyatlarına idarəçiliyi həyata keçirən dövlət icra orqanlarının rəhbərlərinin Məsləhət Şurasının sədrini və 2018-ci ildə Şuranın keçiriləcəyi yeri seçəcəklər. İclasın avqustun 23-24-də keçirilməsi nəzərdə tutulub.xeber100.com

Avqust 14, 2017 12:45

Atəşkəs rejimi 136 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 136 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Avqust 13, 2017 4:25

“Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının bağlanış mərasimində

Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan Dostluq Evinə gəliblər.Burada onlar müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşərək birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.“Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.Xatırladaq ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.xeber100.com

Avqust 13, 2017 4:21

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Avqust 12, 2017 9:44

Atəşkəs rejimi 124 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Avqust 11, 2017 2:18

“Dəniz kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib

Avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə Azərbaycan və “Dəniz kuboku–2017” haqqında videoçarx nümayiş etdirilib.Sonra qalibiyyət kuboku və “Dəniz kuboku–2017” yarışlarında iştirak edən komandaların bayraqları meydana gətirilib.“Dəniz kuboku–2017” müsabiqəsində yer tutan komandalar təqdim olunub.Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisi və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri 234 balla ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.Qalib komandalara Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin kubok və medal təqdim ediblər. Bundan əlavə komandalara qiymətli hədiyyələr də təqdim olunub.xeber100.com

Avqust 11, 2017 2:15