“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”…

Mayın 12-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib. Gündəliyə “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyası 7 fəsil, 56 maddədən ibarətdir.Ziyafət Əsgərov xatırladıb ki, Azərbaycan dövləti müəyyən bəyanatlarla və qeyri-şərtlərlə bu Konvensiyaya qoşulur. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycanın işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).Azərbaycan Respublikası Konvensiyanın 24-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, o, Konvensiyanın 24-cü maddəsinin 2-ci bəndini yalnız Azərbaycanın konstitusion prinsiplərinə və onun hüquq sisteminin əsas konsepsiyalarına riayət olunmaqla tətbiq edəcək.Daha sonra “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Qanun layihəsinin 17.8-ci maddəsi yeni redaksiyada veriləcək. Belə ki, fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Attestasiya komissiyasının fəaliyyəti haqqında əsasnaməni müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.xeber100.com

May 12, 2017 1:49

İndoneziya mətbuatı yazır…

Azərbaycanın İndoneziyadakı səfirliyində Şuşa şəhərinin Ermənistan tərəfindən işğalının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.Müxtəlif gənclər təşkilatlarının, tələbə assosiasiyalarının, QHT nümayəndələrinin, müstəqil gənc tədqiqatçıların, yazıçıların və jurnalistlərin iştirakı ilə baş tutan tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ümumi məlumat verilib.Tədbir iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı həqiqətlərin İndoneziya ictimaiyyətinə çatdırılması üçün öz fəaliyyət sahələrində səy göstərəcəklərini qeyd ediblər.İndoneziyanın nüfuzlu “Kiblat” xəbər və araşdırma portalı, eləcə də “Islampos”, “Haripanpublik”, “Kabarviral”, “Dakta”, “JURNALISLAM”, “Arrahmah” və digər xəbər portalları Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar məqalələr yayıb.Regionun müsəlman əhalisi arasında böyük nüfuza malik olan portallardan birində yerləşdirilən məqalə “Şuşa şəhərinin işğalının 25 ili: məscid donuz tövləsinə çevriləndə” adlanır. Məqalədə qeyd edilir ki, 8 may gününün tarixi bir an olduğunu çoxları bilmir. 25 il əvvəl bu tarixdə Şuşa adlı kiçik bir şəhər işğal olunub. Əhalisinin əksəriyyətinin etnik azərbaycanlılardan ibarət olduğu bu şəhər Azərbaycanın Dağlıq Qarabağ regionunun şəhərlərindən biridir. 1992-ci ildə Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal edilib, yüzlərlə azərbaycanlı dinc əhaliyə divan tutulub, öldürülüb, qədim İslam mədəni abidələri dağıdılıb.xeber100.com

May 9, 2017 3:46

Faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar…

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama yayıb.Açıqlamada deyilir: “İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 72 il keçir. Müharibədə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm təhlükəsindən xilas edib.Müharibədə qələbənin qazanılmasında Azərbaycan xalqı da böyük töhfələr verib. 640 min nəfərdən çox Azərbaycan vətəndaşı cəbhəyə yollanıb, onların 300 min nəfərdən çoxu döyüşlərdə həlak olub. Cəbhədə yaralanmış 440 min nəfərdən çox insan ölkə hospitallarında müalicə olunub. Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilib.Cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edib. 1940-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşüb. Yusuf Məmmədəliyev başda olmaqla, kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.Faşizm üzərində qələbənin əldə edilməsində öz töhfələrini vermiş Azərbaycanı da hal-hazırda baş qaldıran faşizmin qəhrəmanlaşdırılması, irqçilik, ksenofobiya və şovinizm kimi meyllər ciddi surətdə narahat edir. Azərbaycan bu xüsusda BMT Baş Assambleyası tərəfindən illik əsasda qəbul olunan Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə" adlı qətnaməyə həmmüəllif kimi qoşulur və onu dəstəkləyir. Sonuncu belə qətnamə BMT BA-da əsasda 2016-ci il 19 dekabr tarixində qəbul edilib. Qətnamədə tələb olunur ki, irqi üstünlük və ya nifrət, eləcə də irqi ayrı-seçkiliyin təhrikinə əsaslanan fikirlərin yayılması, onların maliyyələşdirilməsi, irqçi fəaliyyətə və zorakılıq aktlarına hər hansı bir yardım göstərilməsi halları qanunla cəzalandırılmalıdır.Ermənistan respublikası qətnamənin lehinə səs versə də, əslində isə nasizmin təbliği və faşizmin qəhrəmanlaşdırılması bu ölkədə dövlət siyasətinə çevrilib. Belə ki, faşist Almaniyasının SS generalı Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayanın "milli qəhrəman" kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Njde Qaregin və Drastamat Kanayan II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı xüsusi amansızlıqla qırğınlar törədib. Həmçinin Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı olan "Tsexakron" üzvlərindən ibarət döyüşçü qruplar yaradılıb və bu təşkilat dünyadakı bütün erməniləri nasistlərlə əməkdaşlığa çağırıb.xeber100.com  

May 8, 2017 12:18