BERNAMA Milli İnformasiya Agentliyi yazır…

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqların azad olunması uğrunda gedən döyüşlərdə əldə etdiyi qələbələri geniş işıqlandırır.Azərtac-ın xüsusi müxbiri xəbər verir ki, agentlik Azərbaycan Dövlət İnformasiya Agentliyinə istinadla Ermənistan tərəfindən uzun illərdir ki, işğal altında saxlanılan tarixi Azərbaycan torpaqları Dağlıq Qarabağın və ətraf rayonların azad olunması istiqamətində artıq bir aydan çoxdur ki, davam edən müharibə barədə malayziyalı oxuculara həm ingilis, həm də Malay dilində obyektiv xəbərlər çatdırır. Belə ki, agentliyin son məlumatlarında Azərbaycan hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistana məxsus SU-25 qırıcı təyyarəsinin məhv edilməsi barədə informasiya yer alıb. Bildirilir ki, bu, son dörd gündə Ermənistanın məhv edilən üçüncü hərbi təyyarəsidir.Döyüşlərin gedişi ilə əlaqədar verilən digər məlumatda isə Azərbaycan Prezidenti İlham Əliyevin öz “Twitter” hesabında paylaşdığı daha bir neçə kəndin düşmən işğalından azad edilməsi barədə informasiya barədə xəbər verilir.Həmin xəbərdə Azərbaycan Prezidentindən sitat gətirilərək deyilir: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir.Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.xeber100.com  

Noyabr 3, 2020 2:27

Vətən müharibəsi haqqında xəbərlər və videomateriallar dünya mətbuatında

Misir mətbuatı Azərbaycan xalqının Vətən müharibəsi haqqında xəbərlər və videomateriallar yaymaqda davam edir. Ölkəmizin Misirdəki səfirliyi Azərtac-ın materiallarına istinadla torpaqlarımızı düşmən tapdağından azad edən müzəffər Ordumuzun döyüş meydanında qazandığı qələbələr, ermənilərin dinc əhalini və mülki obyektləri hədəfə alması barədə yeni məlumatlar bu ölkənin, habelə ərəb dünyasının ictimaiyyətinə çatdırılır.“Alvataneamag”, “Aldilomasy”, “Əl Vəsilə”, “”Rayetmisr”, “Elghad” informasiya portalları və “Asiaelyoum” xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən əsas məqamları işıqlandırıb.“Akhbarelyoum” qəzetinin saytında oktyabrın 31-də Ermənistanın diversiya qrupunun əsgərlərimiz tərəfindən məhv edilməsi barədə xəbər və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videomaterial yerləşdirilib. Həmçinin bu qəzetdə və nüfuzlu “Almasryalyoum” informasiya portalında Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinə məqsədli şəkildə edilən raket hücumları nəticəsində həlak olan vətəndaşlarımızın sayının 91-ə çatdığı, yaralananların sayının isə 400-dən çox olduğuna dair məlumatlar yayılıb.Misirin “Gomhuriaonline” informasiya portalında isə Ermənistan silahlı qüvvələrinə məxsus “Su-25” təyyarəsinin zərərsizləşdirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı dərc olunub.xeber100.com

Noyabr 3, 2020 2:21

İqor Korotçenko: Azərbaycan ordusu dünyanın ən yaxşı 50 ordusu sırasındadır

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstərir ki, Bakının orduya, müdafiəyə çəkdiyi xərclər əbəs deyildi.Azərtac xəbər verir ki, bu barədə “Pravda.ru” nəşrinə hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko söhbət açıb.O, birinci Qarabağ müharibəsindən danışaraq xatırladıb ki, o vaxt Azərbaycanda hakimiyyətə Xalq Cəbhəsi gəlmişdi. Ekspert deyib: “Əlbəttə, sərt mərkəzləşdirilmiş hakimiyyətin yoxluğu şəraitində o dövr üçün səfərbərlik və döyüş əməliyyatlarının düzgün idarə edilməsini həyata keçirmək mümkün olmadı. Ermənistan isə bizdə Müdafiə naziri vəzifəsinə Pavel Qraçov təyin olunduqdan sonra ciddi dəstək qazandı. Qraçov Ermənistana rəğbət bəsləyirdi, qəbul edilən müəyyən qərarlara müvafiq olaraq, Ermənistan öz ərazisində yerləşən hərbi hissələrdəki texnikanın bir hissəsinə sahib oldu, digər hissəni isə anbarları çapıb talayaraq öz əlinə keçirdi”.İ.Korotçenkonun fikrincə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyət düzəldi. Rusiyalı ekspert deyib: “Heydər Əliyev tanınmış sovet dövlət xadimi, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, vaxtilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş, yüksək hazırlıqlı, iradəli, sərt və sözübütöv siyasətçi idi. Prezident Heydər Əliyev Azərbaycan ordusunu bərpa etməyə, faktiki olaraq sıfırdan yaratmağa başladı. Çünki Xalq Cəbhəsi özündən sonra çox acınacaqlı miras qoymuşdu. Artıq İlham Əliyev hakimiyyətə gələndə o, iri infrastruktur neft-qaz layihələrini həyata keçirməyi bacardı, bu layihələr əhəmiyyətli həcmdə valyuta gəlirləri gətirməyə başladı. Bu vəsaitlər hesabına bütün Azərbaycan inkişaf edirdi, lakin böyük təxsisatlar məhz orduya yönəldilirdi. Ona görə də bugünkü Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır”.xeber100.com

Oktyabr 27, 2020 3:25