Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə…

Azərbaycanda oktyabrın son gününə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/san, arabir 23-25 m/san, gecə yarımadanın bəzi yerlərində arabir 28 m/san-dək güclənəcək, günün ikinci yarısında 10-15 m/san-dək mülayimləşəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-13° isti olacaq. Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-7°, gündüz 8-13° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti təşkil edəcəyi gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-8°, gündüz 9-12° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gündüz arabir yağış yağacağı, axşama doğru intensivləşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 10-14° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında səhər və gündüz arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-10°, gündüz 10-13° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti təşkil edəcək.xeber100.com

Oktyabr 30, 2016 8:36

Milli Hidrometeorologiya Departamentinin məlumatı…

Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° isti təşkil edəcək. Oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişli olsa da, 30-da atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 11-16° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-13° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 0-5 isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti təşkil edəcək.xeber100.com

Oktyabr 28, 2016 3:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı…

Azərbaycanda oktyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, bəzi yerlərdə 5° şaxta, gündüz 7-12° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 2-3° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 1-6° isti, gündüz 0-5° isti olacaq.xeber100.com

Oktyabr 26, 2016 12:37

Milli Hidrometeorologiya Departamentinin məlumatı…

Azərbaycanda oktyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti təşkil edəcək. Oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4 ° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında yağıntı tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Gecə 3-7° isti, gündüz 7-12° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında yağıntı tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti təşkil edəcək. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti təşkil edəcək.xeber100.com  

Oktyabr 25, 2016 3:12

Hidrometeorologiya Departamentinin məlumatına əsasən…

Azərbaycanda oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-14° isti təşkil edəcək. Oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-13° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 12-15° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-11° isti təşkil edəcək.xeber100.com

Oktyabr 21, 2016 3:09