Milli Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz, axşam buludlu olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil və Şıxda 24-25° isti olacağı gözlənilir. Yaxın iki gündə Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskonfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 33-38° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.xeber100.com

İyul 15, 2016 11:26

“Sığortaolunanlara məlumatların verilməsi”…

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 98 995 nəfər artaraq 1 iyul tarixinə 3 279 149 nəfərə çatıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Apa-Economics"ə verilən məlumata görə, sığortaolunanlardan 30 yaşa qədər olanlar 684 140 nəfər (20,8 faiz), 30-40 yaşlarında olanlar 826 243 nəfər (25,2 faiz), 40-50 yaşlarında olanlar 659 202 nəfər (20,1 faiz), 50-60 yaşlarında olanlar 692 240 nəfər (21,1 faiz) təşkil edir. Digərləri isə 60 yaşdan yuxarı olan şəxslərdir. Sistemdə fərdi şəxsi hesabı olanların 1 946 089 nəfəri (59,3 faiz) kişilərdən, digərləri qadınlardan ibarətdir. Fərdi uçot sistemi Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olmaqla, əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Bu sistem vasitəsilə vətəndaşların gələcək pensiya təminatı məqsədilə onların fərdi hesablarına pensiya kapitalının toplanması təmin olunur.  Sığortaolunanların fərdi hesablarında toplanan pensiya kapitalına mütəmadi nəzarət edə bilmələri üçün nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti fəaliyyət göstərir.xeber100.com

İyul 14, 2016 10:18

Hidrometeorologiya Departamentinin məlumatına əsasən…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-23° isti, gündüz 28-33° isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil və Şıxda 23-24° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 19-24° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 29-34° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.xeber100.com

İyul 13, 2016 11:07

Bu il sosial mənzillərin inşasına start veriləcək

  “Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik”. Apa-nın məlumatına görə, bunu iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı deyib ki, Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb və onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir: “Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaq”. Prezident İlham Əliyev bildirib ki, uzun illərdir ki, insanlara ünvanlı sosial yardım verilir və bu da çox ciddi sosial təşəbbüsdür: “Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıb. Lazım olarsa, daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”.xeber100.com

İyul 12, 2016 10:24

195 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 27 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 195 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib. Komissiyadan Apa-ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 139-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 56-sı isə məhkəmə hakimiyyəti orqanlarının aparatlarındadır. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait ilə vətəndaşlar Komissiyanın rəsmi internet saytında yerləşdirilmiş test imtahanı proqramları bölməsindən tanış ola bilərlər. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq. Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 12 iyul 2016-cı il tarixdən 10 avqust 2016-cı il tarixdə saat 18:00-dək Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə doldurmalı və qeydiyyatdan keçməlidirlər. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla da təqdim edilə bilər.xeber100.com

İyul 12, 2016 10:15

“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən aZərtac-a bildiriblər ki, e-xidmətdən istifadə sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz artaraq 16 min 40-a, son 6 ayda isə 27,8 faiz artaraq 89 min 41-ə çatıb. 2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabrında “İş yerinə dair arayış” e-xidmətinin yaradılmasına imkan verib. Respublikada kağız arayışların e-arayışlarla əvəzlənməsinin sürətlənməsinə səbəb olan bu e-xidmət vətəndaşların günün istənilən vaxtında aidiyyəti təşkilata onlayn formada, rahat şəkildə arayış təqdim edə bilmələrinə şərait yaradıb. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 24.4 bəndinə əsasən, bu e-arayışlar eyni məzmunlu kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdir. Vətəndaşlar bu arayışları çap edərək kağız formasında da təqdim edə bilərlər. “İş yerinə dair arayış” e-xidməti vasitəsilə həmin arayışların alınması və verilməsi üçün vaxt itkisinin, bu prosesdə baş verə biləcək bürokratik proseslərin, neqativ halların aradan qaldırılması təmin edilib. E-arayışların təqdim edildiyi təşkilatlar isə həmin sənədlərdəki QR-koddan istifadə edərək məlumatların düzgünlüyünü yoxlamaq, habelə əlavə olaraq vətəndaşın iş stajı, iş yeri, vəzifəsi ilə bağlı informasiyalar əldə edə bilərlər. Artıq bir il yarımdan çoxdur ki, əhalinin istifadəsində olan “İş yerinə dair arayış” e-xidmətindən vətəndaşlar bu il iyulun 1-dək 314 min 227 dəfə faydalanıblar.xeber100.com

İyul 11, 2016 11:46

Hidrometeorologiya Departamentinin məlumatına görə…

Azərbaycanda iyulun 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Gecə 19-22° isti, gündüz 24-27° isti olacaq. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil və Şıxda 22-23° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Gecə 14-19° isti, gündüz 25-30° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-13° isti, gündüz 14-19° isti olacaq. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20° isti, gündüz 24-29° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-21° isti, gündüz 25-30° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Gecə 19-22° isti, gündüz 24-29° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.xeber100.com

İyul 11, 2016 11:41