Azərbaycanda iyunun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 31-36° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 19-20° isti olacağı ehtimal edilir.Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 21-22° isti olacağı ehtimalı var.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyunun 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı bildirilir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 33-38° isti olacağı ehtimal edilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 33-38° isti olacaq.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 23-28° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 33-38° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 18-23°, gündüz 25-30° isti olacağı ehtimalı var.xeber100.com