Hava şəraiti ilə bağlı məlumat açıqlanıb

Ölkə ərazisində mayın 28, 29, 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 28-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18°, gündüz 23-26°, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.Mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20°, gündüz 23-26° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət 65-75 təşkil edəcək.Mayın 30-da gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19°, gündüz 26-29°, Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacağı bildirilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında mayın 28-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.Mayın 29-30-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.xeber100.com

May 27, 2019 2:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı

Ölkə ərazisində mayın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün ikinci yarısında havanın arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18°, gündüz 23-27° isti, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70, gündüz 50-60 faiz olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 27-32° isti, dağlarda gecə 8-13°, gündüz 14-18° isti olacağı bildirilir.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 24-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.xeber100.com

May 23, 2019 2:32