Dövlət İmtahan Mərkəzi: Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb

“Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, jurnalda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib. İstifadəçilər hər bir fənn üzrə jurnalda verilən “QR” kodu skan etməklə müvafiq audiofayl yerləşdirilmiş səhifəyə birbaşa keçid edə bilər və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərlər.Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.Magistraturaya qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.Bakalavrları otk.az portalına daxil olub, DİM tərəfindən hazırlanmış imtahan modelinə uyğun onlayn sınaq imtahanında iştirak edə bilərlər.Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.xeber100.com

Dekabr 13, 2022 10:01

Bakı Dövlət Universitetinin tələbələri fəaliyyətlərini genişləndirir

Bakı Dövlət Universitetinin (BDU) tələbələri könüllülük hərəkatında fəaliyyətlərini genişləndirir. 2019-cu ildən fəaliyyət göstərən “BDU könüllüləri” qrupu hazırda öz ətrafında 1000-dən çox könüllü tələbəni birləşdirir.Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, “BDU könüllüləri” qrupu müxtəlif uğurlu layihələr həyata keçirib. Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərməklə universitetin ictimai həyatında fəal iştirak edirlər. Bu ilin ilk yarısında “BDU könüllüləri” qrupunun təşkilatçılığı ilə müxtəlif səpkili 47 tədbir təşkil olunub. Universitetin könüllüləri, həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda fəal iştirak etməklə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər.“BDU könüllüləri” gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə də böyük səy göstərir.Xatırladaq ki, BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 5-i dünyada “İqtisadi və sosial inkişaf naminə Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunur.Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Könüllü kimi çalışan şəxs cəmiyyətə töhfə verməklə yanaşı, öz inkişafına dəstək olur, müxtəlif problemlərin həllində yaxından iştirak edir.xeber100.com

Dekabr 5, 2022 10:37

“Heydər Əliyev və gəncliyimiz” esse müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında “Heydər Əliyev İli” münasibətilə “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsi elan edir.Bu barədə Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsini, təməli Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir. Müsabiqə, həmçinin filologiya və jurnalistika fakültələrində təhsil alan tələbələrdə tədqiqatçılıq bacarığını üzə çıxarmaq, ədəbi dil normalarına riayət etmək və onlarda düzgün yazı vərdişlərini inkişaf etdirmək məqsədi daşıyır.Müsabiqənin şərtlərinə görə yazılar Azərbaycan dilində olmalı, bundan əvvəl dərc edilməməlidir, hər müəllif yalnız bir yazı ilə iştirak etməlidir. Yazının tərtibinə qoyulan tələblərlə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin feysbuk səhifəsində tanış olmaq mümkündür.xeber100.com

Dekabr 1, 2022 2:54

Dövlət İmtahan Mərkəzi tərəfindən test imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə dekabrın 18-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat dekabrın 6-sı saat 23:59-dək aparılacaq. Bu gün saat 11:15-ə olan məlumat görə, imtahanda iştirak etmək üçün 123 (BA - 46, BB - 77) nəfər qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında verilib) istifadə etmək olar. Hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətlərinə daxil olmaq lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.xeber100.com

Noyabr 19, 2022 5:09

Azərbaycan Milli Elmlər Akademiyasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bu yaxınlarda Rəyasət Heyətinin iclasında AMEA-nın və respublikamızın digər elmi-tədqiqat müəssisə və təşkilatlarında 2022-ci ilin elmi-tədqiqat işləri üzrə hesabatlarının hazırlanması ilə bağlı bir sıra məsələlər müzakirə olunduğunu və müvafiq vəzifələrin müəyyən edildiyini söyləyib. Bu məqsədlə verilən tapşırıqların icra vəziyyəti barədə söz açan İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində və elmi təşkilatlarda illik hesabatların hazırlanması üçün bir sıra yeniliklərin tətbiq ediləcəyini diqqətə çatdırib.Akademik bildirib ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə edə biləcək yeni qaydalar hazırlanmalı, hesabat iclaslarının keçirilməsi və ümumi hesabatların təqdim olunması mərhələsində bu yeniliklər mütləq nəzərə alınmalıdır. Yekun elmi hesabatların cəmiyyətə dolğun və əhatəli şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli ilkin olaraq şöbə və laboratoriyalarda aparılan müzakirələrdə institut rəhbərlərinin, elmi-tədqiqat müəssisələrinin elmi şuralarında isə müvafiq bölmələrin əvvəlcədən müəyyən edilmiş üzvünün, bölmələrin ümumi hesabat iclaslarında AMEA rəhbərliyinin iştirakının vacibliyini vurğulayıb. Qeyd edilib ki, hazırlanacaq hesabatlarda ənənədən müasirliyə keçilməsi, mövcud reallıqları özündə əks etdirə biləcək yeni qaydalara ciddi əməl olunması, elmi işlərə istinadların və yüksək indeksli jurnallarda çap olunmuş məlumatların təşviq edilməsi, elmi müəssisələrin və ayrı-ayrılıqda alimlərin müəyyən yaş kateqoriyaları üzrə elmi reytinqinin aparılması zəruri məsələlər sırasındadır.İclasda Milli Elmi İstinad Mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Rasim Əliquliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva və Fəxrəddin Qədirov çıxış edərək məsələlər ətrafında öz fikir və mülahizələrini bildiriblər.İclasda doktorantura və magistraturaya qəbulla əlaqədar məsələlər də müzakirə edilib.xeber100.com

Noyabr 12, 2022 2:05