Azərbaycan BMT İnkişaf Proqramının (UNDP) birgə turizm vasitəsilə davamlı inkişafa nail olmaq istiqamətində, xüsusilə də 2017-ci ilin BMT tərəfindən elan edilmiş “Davamlı Turizm Beynəlxalq ili” çərçivəsində birgə layihələrin keçirilməsində maraqlıdır. Bu fikirləri ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNDP-nin rəhbəri Helen Klarkla görüşdə səsləndirib. Nazirlikdən Azərtac-a bildirilib ki, görüşdə UNDP ilə Azərbaycan arasında əməkdaşlıq, xüsusilə mədəniyyət və turizm sahəsində davamlı inkişafın dəstəklənməsi perspektivləri müzakirə edilib. Nazir turizm menecmenti, turizm informasiya mərkəzlərinin açılması məqsədilə Bakıdakı UNDP ofisi ilə sıx əməkdaşlıq edildiyini söyləyib. H.Klark apreldə Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkili münasibətilə naziri təbrik edərək Forumda müzakirə olunmuş məsələlərin BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Gündəliyinə uyğun olduğunu vurğulayıb. Ə.Qarayev BMT rəsmisinin diqqətinə çatdırıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması və bu münaqişə ölkəmizin, eləcə də regionunun inkişafı və təhlükəsizliyi üçün ciddi maneədir. Sonda nazir H.Klarkı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…