Tbilisidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkilmiş “Dostluğun siması” adlı sənədli filmin təqdimatı keçirilib.
Film fenomen şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir.
Təqdimat mərasimində səfir Faiq Quliyev, Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Türkiyənin Tbilisidəki səfirliyinin məsul əməkdaşları, AZEBİ-nin sədri Nəriman Qurbanov, Gürcüstanın dövlət və hökumət üzvləri, deputatlar, SOCAR şirkətinin əməkdaşları, yerli siyasətçilər və ictimai xadimlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb, müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan-Gürcüstan münasibətlərinin yeni müstəvidə inkişafı da məhz dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Diplomat deyib ki, Ulu Öndər Gürcüstana, gürcü xalqına və xüsusən də buradakı soydaşlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb.
O bildirib ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
F.Quliyev Gürcüstandakı soydaşlarımızın yaşadıqları və vətəndaşı olduqları ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadıqlarını qeyd edib. Bildirib ki, soydaşlarımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda da xüsusilə fərqləniblər.
Diqqətə çatdırılıb ki, soydaşlarımız Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar.
Laşa Darsaliya çıxışında deyib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində fenomen şəxsiyyət, dahi siyasi xadim Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun sözlərinə görə, Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurulub. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Nazir müavini ölkələrimiz arasındakı qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.
Filmin ssenari müəllifi və ideya müəllifi Şahismayıl Şəmmədoğlu çıxışında filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə və yardıma görə ölkəmizin Gürcüstandakı səfirliyinə və digər şəxslərə minnətdarlığını bildirib. Qeyd edib ki, bu günədək Azərbaycan-Gürcüstan münasibətlərinə dair bir neçə film çəkilib. Lakin bu film ölkələrimiz arasındakı əlaqələrin inkişafı və bu münasibətlərin möhkəmlənməsində xüsusi rolu olan fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyətindən bəhs edən sanballı sənət əsəridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…