Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin finalçıları sırasında gənc rejissor Elvin Abdullayev də yer aldı.
E.Abdullayevin yazdığı “Kapitan Fərhadın Odisseyası” ssenarisi, Qarabağ haqqında yazılan ssenarilər sırasında üstünlük təşkil etdi.
Xatırladaq ki, Elvin Abdullayev 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya fakultəsində – rejissor sənəti üzrə təhsil alıb.
O, 2020-ci ildə magistratura üzrə təhsil alan zaman internetdə əsir həyatı yaşamış bir döyüşçü haqqında məlumat oxuyur, onunla gerçək həyatda da tanış olur və həyat hekayəsini qələmə alır.
Qeyd edək ki, ssenari Qarabağda döyüşən, əsir düşən və sonrakı mərhələdə əsirlikdən qaçmağı bacaran Fərhad Mirnaib oğlu Fərhadov haqqındadır.
Rejissor deyir ki, ssenari üzərində bir il işləyib: “Öncəliklə qeyd edim ki, ssenari ilə reallıq arasında çox az fərq var, sadəcə bəzi mövcud olan məqamları reallıqla uzlaşdırıb hadisələrə əlavə etmişəm. Bu ssenari qəhrəmanın simasında düşüncənin, xəyalın, oxumağın, mütaliənin, təhsilin gücünü göstərir. Eynşteyn deyirdi ki, fizika sizi A nöqtəsindən B nöqtəsinə aparar, təsəvvür isə hər yerə. Fərhad təsəvvür gücünə və Allaha ümid edərək əsirlikdən qaçır. Bu ssenari eyni zamanda ümiddir. Əsir və itkin düşmüşlərin ailələri üçün doğan bir ümid. Bəlkə 4 minə yaxın əsir və itkin düşmüş adamların aqibəti bilindi. Onlar arasında mənim müharibədə döyüşüb itkin düşən əmim, dayım da var. Bu ssenari həm də motivasiyadır. İzləyici kütləyə birdən çox ideya öyrədir və aşılayır”.
“Kapitan Fərhadın Odisseyası” adına gəlincə, rejissor qeyd edir ki, bunun səbəbi ssenaridə əsas rolu oynayan kitabdır: “Fərhad əsir qaldığı evdə “Captain Blood and his odyssey” nağılını oxuyur və bu kitaba bağlanır. Kitabda təsvir olunan qəhrəmanın həyatını özünə doğma bilir və Peter Blood-un elədiyi kimi qaçmaq barədə fikirləşir, gecə-gündüz plan qurur. Və beləcə onun nağıl kimi qaçışı gerçəkləşir. Bu ssenari həm də mütaliənin, dünya görüşün insan həyatında əhəmiyyətini göstərir”.
Qələmə aldığı hekayədən təsirlənən Elvin deyir ki, ssenarinin müsabiqənin birinci mərhələsindən keçəcəyinə inansa da ikinci mərhələdən keçəcəyinə o qədər də inanmayıb: “Udmaq və ya uduzmaq deyil, münsiflərin ilk qələm təcrübəm haqqında olan fikirləri, onların rəyləri məni daha çox maraqlandırırdı. İkinci mərhələdən keçdim, finala qalmışam, bu, mənim üçün sevindirici haldır”.
İlk qələm təcrübəsində düşüncə tərzi ortaya qoyan, belə ssenarilərin ölkə, vətən, dövlətçilik kimi məqamlarda önəmli olduğunu vurğulayan gənc ssenarist elə önəmli olan bir məqama da toxunur: “II Vətən müharibəsi dövründə və ondan sonra gördük ki, xarici dövlətlər, beynəlxalq təşkilatlar bizi hərbi cinayətlər törətməkdə ittiham edirlər. Biz isə ittihamlara cavab olaraq faktlarla göstəririk ki, əslində hərbi cinayətlər bizə qarşı törədilib. Ssenarim əsasında çəkiləcək film bütün bu sullara cavab olacaq, xarici tamaşaçılara da göstərəcək ki, əsl cinayətkar kimdir”.
İlk ssenarisi ilə “Qarabağ.İnsan.Qələbə” müsabiqəsinin münsiflərinin müsbət rəyini alan finalçı Elvin Abdullayevə bu yolda uğurlar arzulayırıq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…