İyunun 17-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərgi açılıb. Azərtac xəbər verir ki, multikulturalizm ili çərçivəsində baş tutan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov çıxış edərək bu günlərdə Bakıda keçirilən beynəlxalq səviyyəli tədbir – Formula-1 Avropa Qran-prisinin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, sərginin belə bir ərəfədə təşkil olunması sevindirici haldır. Rəssamlar İttifaqı ölkəmizdə reallaşan beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində hər zaman müxtəlif mövzulu sərgilərlə öz lazımi dəstəyini göstərir. Bu ənənənin davam etdiyini bildirən A.İbrahimov “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərginin xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Bildirilib ki, sərgidə nümayiş olunan 100-dək sənət əsərinin əsas mövzusunu təbiət mənzərələri, humanizm, tolerantlıq, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular əhatə edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır. Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, kulturoloq Çingiz Abdullayev çıxış edərək sərgidə yer alan fırça ustalarının əsərlərinin bənzərsizliyindən danışıb. Qeyd olunub ki, sözügedən sərgi fırça ustalarının tolerant bir ölkənin vətəndaşı kimi humanizm və sülh tərəfdaşı olduqlarını bir daha nəzərə çatdırır. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma ilə yanaşı, milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsi də xüsusi əhəmiyyət daşıyır. Layihənin rəhbəri Elnurə İsgəndərova çıxış edərək təqdim etdiyi layihəsinin məqsədindən söz açıb. Bildirib ki, layihənin əsas məqsədi Bakıda baş tutan Formula-1 Avropa Qran-prisinə dəstək olmaqdır. Sonra sərgidə fərqlənən bir qrup rəssama müxtəlif hədiyə və diplomlar verilib. Qeyd edək ki, mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Aişə Axundova da var. O, “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təsis etdiyi “İlin maarifçi müxbiri” diplomu ilə təltif olunub. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi iki gün davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…