Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) gənc bəstəkarların plenumu işə başladı. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə giriş nitqində qeyd edib ki, rəhbərlik etdiyi qurum gənc bəstəkarlara xüsusi diqqət ayırır və onların fəaliyyətini əlaqələndirir. F.Əlizadə gənc bəstəkarların son plenumundan keçən dövr ərzində həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, müvafiq dövr ərzində iri tədbirlər silsiləsi – dinləmələr, konsertlər keçirilib. Gənc bəstəkarların uğurları sevindiricidir. F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış edib. Üç gün ərzində plenum çərçivəsində gənc azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsertlər keçiriləcək. Plenum “dəyirmi masa” ilə başa çatacaq. ABİ-nin katibi, bəstəkar Aliyə Məmmədova gənclərlə iş üzrə bölmənin fəaliyyətindən, yeni layihələrdən danışıb. Qeyd edilib ki, gənc bəstəkarlar həm ölkədə, həm də xaricdə müxtəlif layihələrdə fəal iştirak edirlər. A.Məmmədova gənc bəstəkarlar Kəmalə Əlizadə, Ayaz Qəmbərli, Türkan Qasımzadənin fəaliyyətini xüsusilə qeyd edib. Əməkdar İncəsənət Xadimi, bəstəkar Cəlal Abbasov “Gənc bəstəkarların yaradıcılığında forma və janr xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Mayın 23-də ABİ-nin Üzeyir Hacıbəyli adına zalında, gənc bəstəkarların kamera əsərləri səsləndiriləcək. Plenum işini mayın 25-də başa çatdıracaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…