Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki ayrı-ayrı heyəti beynəlxalq tədbirlərdən uğurla geri dönüb. Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş “Qostinıy dvor” VIII Beynəlxalq Teatr Festivalında kollektiv L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə müvəffəqiyyətlə çıxış edib. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki M.Fayzi adına Orenburq Dövlət Tatar Dram Teatrında nümayiş etdirilən tamaşadan sonra festivalın münsiflər heyətinin müzakirəsi keçirilib. Müzakirədə hər bir münsiflər heyətinin üzvü tamaşa haqqında yüksək fikirlər səsləndirib. M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçirilmiş festivalda bir sıra ölkələrin teatr kollektivlərinin dram və komediya janrlarında olan 10 tamaşa nümayiş etdirilib. Festivalın münsiflər heyətinə sənətşünaslıq doktoru, professor, Rusiyanın Əməkdar Elm Xadimi, Rusiya Teatr İncəsənəti İnstitutunun xarici teatr tarixi fakültəsinin rəhbəri Aleksey Bartoşeviç rəhbərlik edib. Münsiflər heyətinin üzvləri isə Rusiyanın Əməkdar İncəsənət Xadimləri, nüfuzlu teatr mükafatlarının laureatları, məşhur teatr tənqidçiləri Konstantin Şerbakov, Nina Karpova, Andrey Yastrebov, Marina Korçak və başqaları olublar. K.Şerbakov çıxışında qeyd edib ki, XXI əsr Azərbaycan teatrı dedikdə ilk növbədə göz önünə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və onun zəngin repertuarı gəlir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Londona səfər edən ikinci heyət də Vətənə dönüb. Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov başda olmaqla kollektiv Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə həyata keçirilən qastrol səfərində milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşasını nümayiş etdirib. Tamaşa Londonun mədəniyyət mərkəzlərindən biri olan “Logan Hall”da göstərilib. Tamaşanın nümayişindən əvvəl çıxış edən teatrın direktoru Mübariz Həmidov Azərbaycan mədəniyyətinin artıq bütün dünyada tanındığını və bu sahədə ölkə rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edib. M.F.Axundzadənin yaradıcılığı haqqında ətraflı məlumat verən direktor dramaturqun əsərlərinin insanı güldürərək düşündürdüyünü söyləyib. Bütün bu uğurlarla yanaşı, Moskva vilayətinin Lobnya şəhərində keçirilən “Rus klassikası” Beynəlxalq Teatr Festivalında teatrın Əməkdar Artisti Şövqi Hüseynov N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə ölkəmizi layiqincə təmsil edib. İstedadlı aktyor “Festivalda iştiraka görə” diplomu ilə yanaşı, “Ən yaxşı mono-tamaşa” və Azərbaycan teatr mədəniyyətinin rus klassikası ilə parlaq əlaqələri” nominasiyaları üzrə diplomlara və mükafata layiq görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…