Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzindəki “Kukla” Art-qalereyasında tanınmış usta Qalina Dmitrukun “Gecə nağılları” sərgisi açılıb. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Azərtac xəbər verir ki, Art-qalereyanın direktoru Lalə Kazımova tədbiri açaraq deyib ki, Qalina Dmitruk gənc istedadlı ustadır. Onun kuklaları bütün dünyada nümayiş olunur. Q.Dmitruk bu sənətin tanınan nümayəndələrindən biridir. Lalə Kazımova deyib: “Biz Qalina ilə çoxdankı dostuq, mən onun işlərinə heyranam. O, işinin ustası olan insandır”. Qalina Dmitruk tədbirə toplaşanlara öz minnətdarlığını bildirib. Vurğulayıb ki, həmişə öz əsərlərini Bakıda nümayiş etdirmək arzusunda olub və bu sərgiyə uzun müddət hazırlaşıb. Q.Dmitruk deyib: “Bakı mənim sevimli şəhərimdir, onun gözəlliyi və qonaqpərvərliyi qəlbimi fəth edib. Ekspozisiyaya 9 kukla daxil edilib, onların hər biri özünə görə gözəldir. Kukla düzəltmə həyatımın mənasıdır. Əminəm ki, onlara biganə qalmayacaqsınız”. Xatırladaq ki, Qalina Dmitrukun əsərləri Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdə keçirilən bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib. Azərbaycan paytaxtında ilk fərdi sərgisi üçün o, “Gecə nağılları” layihəsini hazırlayıb. Bir il ərzində Q.Dmitruk Azərbaycan qadınlarının gözəllik və lətafətini əks etdirən kuklalar yaradıb. “Dəniz”, “Əminə”, “Məryəm”, “Bella”, “Sara”, “Aylin”, “Sevil”, “Kamilla” və “Liya” seyrçiləri heyran edib. Sərgi mayın 17-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…