”Mən aktrisa olmaq üçün dünyaya gəldim. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti, hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur”…deyən Bakı Bələdiyyə Teatrının yaradıcısı, Sənətşünaslıq doktoru, Xalq artisti, görkəmli teatr və kinoaktrisa Amaliya Pənahovanın anım günüdür.
A.Pənahova 1945-ci ildə Gəncədə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasında təhsil alıb.
1964-cü ildən ömrünün axırına qədər (2018) teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. İlk sənət addımlarını atdığı Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində onlarla səhnə ekranında maraqlı obrazlarla çıxış edib. Təhsil aldığı illərindən müəllimlərinin diqqətində dayanan aktrisanın oynadığı bütün rolları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Amaliya xanım eyni zamanda bacarıqlı rejissor kimi də özünü sınamış, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İlyas Əfəndiyevin, “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradan aktrisa, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Bu teatrın səhnəsində müxtəlif qəhrəmanlıq ruhunda olan səhnə əsərlərinə – “Ölülər”, “Nadir şah”, “İnsan və iblis”, Mənim Ərdəbilim”, “Dəli Domrul”, Dönüş” və s. həyat verib.
Çalışdığı illərdə pedaqoji fəaliyyətlə də məşğul olan aktrisa onlarla gəncin aktyor kimi yetişməsinə şərait yaradıb.
30-a yaxın filmdə – “Qərib cinlər diyarında”, “Babək”, “Həyat bizi sınayır”. “Xatirələr sahili”, “Səmt küləyi”. “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və s. lirik-psixoloji ekran personajları yaradıb. Bundan başqa, aktrisanın müxtəlif janrlı filmlərdə səsləndirdiyi Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazlar da məhz onun səsi ilə tamaşaçı auditoriyasında maraq yaradıb.
O, aktrisa kimi səhnədə nə qədər çox çılğın, ehtiraslı, yeri gələndə təmkinli və fədakar idisə, pedaqoq kimi sənətin sirlərini öyrətməyin təbliğatçısı idi. Dublyajda obrazın səsinə nə qədər çox rəng qatırdısa, rejissor kimi müraciət etdiyi əsərlərə olan baxışında bir o qədər təbii idi. Çünki hər bir hekayənin arxasında insan taleyi olduğuna inanırdı və ona da inanırdı ki, bütün hekayələr bir-birinə oxşar olduğu qədər də, bir o qədər də müxtəlif dünyagörüşünə malikdirlər.
A.Pənahova 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. Millət vəkili kimi sadəcə sənət təbliğatı deyil, eyni zamanda vətənpərvərlik, millətçilik ruhunda olan çıxışlarıyla da həmkarlarından seçilib.
O, bir sənət kraliçası idi, daima sənətin zirvəsində olmaq onun həyat fəlsəfi idi.
A.Pənahova fəaliyyəti dövründə bütün fəxri titullara – Əməkdar artist (1974), Xalq artisti(1985), “Şərəf” və “Şöhrət” ordeninə, Dövlət mükafatlarına layiq görülmüş, prezident təqaüdçüsü olmuşdur.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…