İyunun 2-də Azərbaycan Xalça Muzeyində “I Beynəlxalq türk dünyasının ortaq dili – naxışlar” adlı simpozium təşkil olunub.Azərtac xəbər verir ki, simpozium Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək simpoziumun əhəmiyyətindən söz açıb. Bildirilib ki, tədbirin təşkil olunmasında məqsəd türkdilli dövlətlərdə və regionlarda naxışları tanıtmaqdan, uzaq yerlərdə yaşayan türk mənşəli xalqlara naxışların ortaq şəkildə istifadə olunmasını göstərməkdən ibarətdir. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun belə mötəbər əhəmiyyətli tədbirin təşkil olunmasını yüksək qiymətləndirib. Diplomat qeyd edib ki, tədbir bilavasitə türk mənşəli xalqların xalçaçılıq sənətinə aid olan naxışlarının qədimdən ortaq bir şəkildə istifadə olunduğunu göstərməklə yanaşı, ortaq dəyərlərini bir daha təcəssüm etdirir. Bildirilib ki, xalçaçılıq sənətində istifadə olunan naxışların diaxronik və sinxronik araşdırılması onların çox geniş coğrafi ərazidə yaşayan bütün türk xalqları tərəfindən, ilk öncə xalça toxuculuğu olmaqla, fərqli məhsullarda, əşyalarda, sənət və memarlıq əsərlərində istifadə olunduğunu göstərir. Bu xüsusiyyəti ilə naxışlar türk xalqları tarixinin qədim zamanlaradək uzanan bir keçmişi olduğunu, türk duyğu və fikir dünyasında çox əhəmiyyətli izlər qoyduğunu bildirir. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev qeyd edib ki, minillik tarixə malik türk mənşəli xalqların mədəniyyətinin ən əhəmiyyətli maddi elementlərinin başında xovlu və xovsuz xalça nümunələri durur. Bu xüsusiyyəti ilə naxışlar, türk xalqları tarixinin qədimliyini, türk duyğu və fikir dünyasında çox əhəmiyyətli izlər qoyduğunu ifadə edir. Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir. Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov bildirib ki, türk dövlətləri arasında mədəniyyətin bütün sahələrinin daha da inkişaf etdirilməsinə çalışmalıyıq. Belə mötəbər tədbirlərin təşkilinin vacibliyini deyən alim, bu istiqamətdə birgə araşdırmaların aparılmasının əhəmiyyətindən danışıb. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək ölkəmizdə mədəniyyətə və mədəni irsə göstərilən diqqət və qayğısından söz açıb. Qeyd olunub ki, Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahələrlə yanaşı, mədəni və tarixi sahələr də dövlətimizin başçısı İlham Əliyevin daima diqqət mərkəzindədir. Bu gün Bakıda belə bir simpoziumun təşkil olunması da məhz həmin diqqətin bariz nümunəsidir. Sipmoziumun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran G.Əfəndiyeva deyib ki, türk dünyasını birləşdirən dəyərlərin hər zaman qorunub saxlanılması və inkişaf etdirilməsi vacibi əhəmiyyət daşıyır. Ortaq dil, din və mədəniyyət hər zaman türk dünyasının ayrılmaz tarixi dəyərləridir. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vurğulayıb ki, xalçaçılıq sənəti türk dünyasının ortaq mədəni sərvəti hesab edildiyindən, bu sənətə verilən tarixi dəyər hər zaman diqqət mərkəzində olub. Azərbaycanda xalçaçılıq sənətinin inkişafına toxunan G.Əfəndiyeva Qarabağ xalçaçılıq məktəbindən bəhs edib. Bildirilib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi bütün sahələr kimi, xalçaçılığa da ağır zərbə vurub. Bu zərbə təkcə Azərbaycana deyil, bütün türk dünyasına vurulub. Hazırda Azərbaycanın bu qədim bölgəsində əlvan naxışlı xalçalar toxunmasa da, xalqımız Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaqdadır. Sonra qonaqlar simozium çərçivəsində görkəmli xalça ustası, Xalq Rəssamı Lətif Kərimovun 110 illiyinə həsr edilmiş “Metalda həkk edilmiş gözəllik” adlı sərgiyə baxıblar. İyunun 3-dək davam edəcək tədbirdə seçilmiş mövzuya uyğun məruzələr dinləniləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…