AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi açılıb. Apa-nın məlumatına görə, sərginin açılış mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi ilk dəfə keçirilir: “Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunub. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya və Avropa müəlliflərinin elmi əsərləri öyrənilib”. A. Əlizadə isə Şah İsmayıl Xətainin Azərbaycan tarixindəki yerindən danışıb, sərginin əhəmiyyətini Azərbaycan tarixi üçün böyük uğur kimi dəyərləndirib. Tədbirin bədii hissəsi Rauf Zeynalovun rəhbərlik etdiyi “Peşəkarlar” qrupunun nağaralarda ifa etdikləri ritmik Azərbaycan rəqs havaları ilə başlayıb. “Qədim musiqi alətləri ansamblı”nın ifasında XIV əsr bəstəkarı Əbdülqədir Marağayinin müəllifi olduğu “Hüseyn bəstə”, “Naxış bəstə” musiqiləri, həmçinin “Qədim türk” musiqisi səslənib. Muzeyin apardığı elmi toplama işi sayəsində Səfəvilər dövlətinin ilk dövrlərinə aid unikal eksponatlar toplanıb. Muzeyin bərpa laboratoriyasında aparılan uzunmüddətli iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə qədər gəlib çatmış eksponatlar təmizlənib, konservasiya olunub, zədələnmiş eksponatlar bərpa edilib. Sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunub. Onların əksəriyyəti ilk dəfədir nümayiş olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…