Teatr və kino aktyoru İlqar Musayev Qarabağ həqiqətlərindən bəhs edən yeni qısametrajlı filmə çəkilir. Real hadisələr əsasında çəkilən film şəhidlərə həsr olunub.
Filmdə kənddə yaşayan iki dostun müharibəyə getməsi, onlardan birinin şəhid olması və son nəfəsində dostundan xahiş edərək ölümünün anasından gizlədilməsini istəməsi filmin süjet xəttini təşkil edir. Sağ qalan dost günlərin birində duyğusal hisslərlə baş verən hadisəni şəhidin anasına hiss etdirir. Nəticədə şəhid anası bu durumu qəbul edir, ana kimi məğrur duruşunu itirmir, öz hisslərinə hakim olur və qəbul edir ki, şəhidlik uca bir zirvədir.
“Ana” adlandırılan ekran əsəri Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun hekayəsi əsasında ssenariləşdirilib.
Filmin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, rejissoru Vüsalə Tağı, operatoru Mehdi Yaqubovdur.
Rollarda iştirak edirlər: İlqar Musayev, Firəngiz Babayeva, Gülər Nəbiyeva, Mirhüseyn Yaqubov.
Filmin çəkilişləri Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağacda lentə alınır.
Xatırladaq ki, İlqar Musayev Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2003-cü ildən Bakı Bələdiyyə Teatrında çalışır.
“Cavad xan” “Seçilən”, “Bulağıstan”, “Köhnə dəyirman”, “Yaddaş”, “Dolu”, “Böhtan”, “Susmuş vicdan”, “Xoca”, “Uçurum” “Ağabəyovlar” və s. film və seriallarda maraqlı obrazlar yaradıb. Eyni zamanda Rusiya, İran, Gürcüstan, Mərakeş, Liviyada da filmlərə çəkilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…