İyunun 3-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının təşkilatçılığı iləBakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Xan qızı” tamaşasının nümayişi oldu.
“Aktyorlar Evi”ndə nümayiş olunan tamaşa Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 110 illiyinə, eyni zamanda teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın əziz xatirəsinə həsr edilmişdir.
Təqdimatda ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də İlyas Əfəndiyevin ailəsi iştirak edirdilər.
Tamaşadan öncə Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov səhnəyə çıxaraq tədbirin məqsədini açıqladı və İlyas Əfəndiyevin geniş şaxəli yaradıcılığından bəhs etdi. Sonra söz teatrşünas, professor Məryəm Əlizadəyə verildi.
M.Əlizadə Xalq yazıçısının yaradıcılığı ilə Xalq artisti Amaliya Pənahovanın birgə ərsəyə gətirdiyi tamaşaları əhatə edən geniş çıxış etməklə yanaşı, sonda çıxışını Bakı Bələdiyyə Teatrının fəaliyyətini əks etdirən fikirlərlə yekunlaşdırdı. Daha sonra söz BBT-nin baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyova verildi.
M.Fərzəlibəyov İlyas Əfəndiyevin əsərlərilə Azərbaycan nəsrinin inkişafını yeni mərhələyə yüksəltməsindən, XX əsr ədəbiyyatımızın klassiki, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətlərinin və Azərbaycan dramaturgiyasının inkişafında böyük xidmətlər göstərmiş görkəmli sənətkarlar sırasında özünəməxsus yerə sahib olmasından bəhs etdi.
Qeyd edək ki, İlyas Əfəndiyevin dram əsərlərinin əksəriyyətinin böyük uğurla tamaşaya qoyulması Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynamışdır ki, bu da onun adını Azərbaycan tarixinə görkəmli yazıçı, lirik – psixoloji üsluba üstünlük verən dramaturq kimi yazmışdır.
İ.Əfəndiyev Sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük milli ruha sahib yazıçısı hesab olunan, öz əsərlərində vətənpərvər duyğunu, tapdanan haqlarımızı, Azadlıq yolunda olan mübarizə ruhunu qələmə alan, mövcud rejimdən qorxmayan, cəsarətli yazıçılarımızdan biri olub. Onun əsərləri ədəbi aləmə, teatr mühitinə yeniliklər gətirib.
Yazıçının “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Əsərdə olduğu kimi, tamaşada da dramatik konflikt ən çox Natəvanın taleyi üzərində qurulub.
M.Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyniadlı tamaşada Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır.
Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır.
Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Onun 1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib.
Tamaşanın sonunda ekranda görkəmli aktrisa Amaliya Pənahovanın 1981-ci ildə yaratdığı tamaşadan monoloqu təqdim olundu. Aktrisanın həyəcan dolu səsiylə vətənpərvər ruhu əks etdirən monoloqu tamaşaçı salonunu alqış sədalarına bürüdü. “Xan qızı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Tamaşadan sonra səhnə əsərinin rejissoru Mərahim Fərzəlibəyov və Xürşidbanu Natəvan obrazını özünə xas şəkildə oynayaraq tamaşaçı alqışını qazanan Ülviyyə Rza Teatr Xadimləri İttifaqının Fəxri fərmanına layiq görüldülər. Eləcə də tamaşanın bütün heyətinə gül buketləri təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi. xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…