Dekabrın 17-də Tunisin paytaxtında ölkə Prezidenti Qeys Səidin himayəsi ilə İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin XI konfransı işə başlayıb.Azərtac xəbər verir ki, “İslam dünyasında mövcud mədəniyyət siyasətlərinin inkişafı uğrunda” devizi altında keçirilən tədbirdə Azərbaycanı Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konfransda İSESKO-ya üzv ölkələrin mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak edir.Tədbiri giriş sözü ilə açan Tunisin Mədəniyyət İşləri üzrə naziri Məhəmməd Zeyn əl-Abidin İSESKO ilə ölkəsinin əlaqələrindən, eləcə də “Tunis İslam Mədəniyyətinin paytaxtı” ili ərzində görülmüş işlərdən danışıb.Sonra İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edərək təşkilatın həyata keçirdiyi proqramlardan danışıb, “İslam Mədəniyyəti paytaxtı” proqramının uğurla davam etdiriləcəyini bildirib.Tədbirdə həmçinin əvvəlki konfranslarda qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə olunacaq, İslam Dünyasının İrs Komitəsinin hesabatının təqdimatı keçiriləcək, rəqəmsal mədəniyyət haqqında sənəd layihəsinə, mədəniyyət layihələrinin maliyyələşdirilməsi mənbələri haqqında təkliflərə baxılacaq. Eləcə də, İslam dünyasında mədəniyyətin inkişafı ilə bağlı Məşvərətçi Şuranın üzvlərinin seçilməsi, növbəti konfransın yeri barədə müzakirələrin aparılması planlaşdırılır. Konfransın sonunda Tunis Bəyannaməsinin qəbul edilməsi gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…