İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik Dubayda keçirilən COP28 iqlim sammitindəki çıxışında rəhbərlik etdiyi təşkilatın peyk texnologiyaları və süni intellekt tətbiqləri vasitəsilə uzaqdan zondlamadan istifadə edərək, iqlim dəyişikliklərinin mədəni irs obyektlərinə təsirini izləmək və müəyyən etmək üçün mexanizm yaratmaq təşəbbüsü irəli sürdüyünü söyləyib. O, həmçinin ICESCO-nun İslam dünyası ölkələrindəki bir sıra arxeoloji obyektlərdə və muzeylərdə karbon izlərinin ölçülməsi və karbon istehsal edən materialların istifadəsinin azaldılması təşəbbüsünü açıqlayıb.
Dekabrın 8-də 20-dən çox ölkədən mədəniyyət və irs sektorundan nazirlər və rəsmilərin, müvafiq beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə Dubayda İqlim Dəyişikliyi üzrə sammitdə (COP28) iqlim fəaliyyətində mədəniyyət sektorunun oynadığı əsas rolu müzakirə etmək və mədəniyyətin iqlim fəaliyyətinə inteqrasiyasını nəzərdən keçirmək üçün geniş diskussiya aparılıb.
Təşkilatın mətbuat xidməti xəbər verir ki, Salim Əl-Malik bu tədbirdəki çıxışında ekoloji təhlükələr, iqlim dəyişiklikləri də daxil olmaqla və artan təbiət çağırışları nəzərə alınmaqla, mədəniyyətin və bəşər irsinin qorunmasının əsas prioritet olduğunu təsdiqləyib, ICESCO tərəfindən mədəniyyətin 18-ci SDG (Davamlı İnkişaf Məqsədi) kimi qəbul edilməsi təklifinin irəli sürüldüyünü qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…