Musiqili Teatrda “Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ölkəmizə gələn Rusiya Federasiyasının aparıcı teatr kollektivlərinin rəhbərləri ilə görüş keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, görüşdə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının İcraçı direktoru Natalya Zıkova, Sverdlovsk Akademik Musiqili Komediya Teatrının baş direktoru Mixail Safronov, İrkutsk Musiqili Teatrının direktoru Tatyana Mezençeva, həmin teatrın baş rejissoru Anna Feketa, “Sankt-Peterburq Opera” Kamera Musiqili Teatrının direktoru Yevgeni Malıgin, Severski Musiqili Teatrının direktoru Svetlana Bunakova, Moskva Dövlət Musiqili Teatrının Bədii rəhbəri Gennadi Çixaçov, baş dirijoru Vladimir Yankovskiy, Orenburq Dövlət Musiqili Teatrının direktoru Svetlana Barisova və Rusiya Federasiyasının nüfuzlu teatr tənqidçisi Larisa Barikina iştirak ediblər. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İşgüzar şəraitdə keçən görüşdə ikitərəfli mədəni əlaqələr müzakirə edilib, bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. İki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Rusiyaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı, habelə qarşılıqlı səfər və qastrolların təşkili ilə bağlı məsələlərə toxunulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…