Kubanın paytaxtında ənənəvi karnaval yürüşlərinə start verilib. Azərtac bandcuba.com saytına istinadla xəbər verir ki, builki rəngarəng yürüşlər Havananın 500 illik yubileyinə və bəstəkar və müğənni Benni Morenin 100 illiyinə həsr olunub.Karnaval yürüşlərinin başlanması münasibətilə Kuba paytaxtının sakinləri və qonaqların toplaşdığı qədim San-Karlos-de-la-Kabanya qədim qalasının qarşısındakı meydanda toplardan yaylım atəşi açılıb. Yağış və güclü külək səbəbindən tədbirin bir gün təxirə salınmasına baxmayaraq, karnavalın açılışı çox yaddaqalan olub. Belə ki, sahildə yerləşən Malekona meydanında on minlərlə insanın qarşısında və orkestrin müşayiəti ilə “karroslar” – rəngarəng geyimlərdə olan rəqs qruplarının keçidi olub. Sonra ölkənin müxtəlif bölgələrindən paytaxta gəlmiş ”komparsların” yürüşü təşkil edilib. Onların arasında məşhur “Tropikana” qrupu da latın rəqsləri və mahnılar ifa edib.Braziliyada keçirilən karnavaldan fərqli olaraq, Havana şənliklərində çıxış edən rəqs qrupları və müğənnilərin ifası jüri tərəfindən qiymətləndirilir.Gecəyarısına qədər davam edən karnaval yürüşləri minlərlə turisti cəlb edir. Bayram şənlikləri təkcə mərkəzi meydanda deyil, habelə Havananın müxtəlif rayonlarında keçirilir. 2019-cu ildə Havanada 5 karnaval yürüşü olacaq və onlardan sonuncusu avqustun 25-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…