Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Samuxda vətəndaşları qəbul edib. Apa-nın məlumatına görə, qəbulda Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən müxtəlif mövzularda müraciətlər, bir sıra təklif və təşəbbüslər səsləndirilib. Sakinlər tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti, atçılıq təsərrüfatının inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin nəzdində turizm agentliyinin yaradılması, işlə təminat, musiqi alətlərinin təmiri və köklənməsi üçün köməklik göstərilməsi, kitaba marağın artırılmasına xidmət edən layihələrə dəstək göstərilməsi, bir sıra sosial məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər. Nazir bildirib ki, qəbulda 30-dək vətəndaş iştirak edib: “Tarixi abidələrimizin qorunması, yerlərdə mədəni həyatın daha da canlandırılması ilə bağlı qaldırılan məsələlər insanların tariximizə, mədəniyyətimizə nə qədər həssas yanaşdıqlarını bir daha göstərir. Tarixi abidələr həm də bölgədə turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. Prezident İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirilməsi haqqında sərəncamına əsasən nazirliyin 15 regional idarəsi yaradılacaq. İslahatlar nəticəsində nazirliyin fəaliyyəti daha da optimallaşdırılacaq, eyni zamanda, bu proses bölgələrimizdə mədəniyyət və turizminin inkişafına öz töhfəsini verəcək”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…