Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində Fransanın “Total” neft-qaz şirkətinin təşkilatçılığı ilə təşkil olunan “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin bağlanış mərasimi keçirilib.Azərtac xəbər verir ki,tədbirdə muzeyin direktor Ç. Fərzəliyev çıxış edərək Fransa mədəniyyətinin bütün mədəniyyətlər üçün nümunə olduğunu deyib. “Sərginin populyarlıq qazanacağını əmin idik, ancaq bu dərəcədə sənətsevərlər tərəfindən rəğbətlə qarşılanacağını təsəvvür etmirdik. Muzeyimizdə sərgilər adətən bir ay davam edir, sözügedən sərgisinin yeddi aydan artıq nümayişində sərgiyə olan maraq günü-gündən artıb. Muzeyin kolleksiyasında qorunub saxlanılan müxtəlif xalqların mədəniyyətinə həsr olunmuş sərgilər davamlı olaraq keçiriləcək. Yapon mütəxəssisləri tərəfindən artirubutsiya olunmuş Yaponiya mədəniyyətinin nəfis nümunələrindən ibarət növbəti sərginin keçirilməsinin nəzərdə tutulur”, – deyə Ç. Fərzəliyev vurğulayıb.Tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez sərginin iki dövlət arasındakı dostluq münasibətləri, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd edib: “Səfir olaraq bu sənət məbədində xalqımın mədəniyyətinin nümayişindən böyük şərəf hissi duyuram. Eyni zamanda, sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk”.Tədbir konsert proqramı ilə davam edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…