Sentyabrın 12-də Milli Məclisin mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirilib.Azərtac xəbər verir ki, iclası açan komitə sədri Rafael Hüseynov gündəlikdəki məsələlər barədə məlumat verib.Əvvəlcə iclasda mədəniyyət komitəsinin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə bağlı hesabatı dinlənilib. R.Hüseynov bildirib ki, komitədə müntəzəm olaraq 30-a yaxın vətəndaşın qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi köməklik göstərilib. Hesabat dövründə komitənin ünvanına daxil olan 107 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 82-si araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib.Sonra komitə sədri payız sessiyası ərzində görüləcək işlərdən danışaraq qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif məsələlərə baxılacaq, müəyyən qanun layihələri müzakirəyə çıxarılacaq.Deputatlar komitənin yaz sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirib, payız sessiyasının iş planını təsdiqləyiblər.Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.Əvvəlcə iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb.Deputatlar, həmçinin “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Milli arxiv fondu haqqında”, “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər. Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.Sonra deputatlar gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.Müzakirə edilən bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…