Mayın 23-dən 26-dək Mədəniyyət və Turizm Nazirliyinin və Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Boulevard Hotel Baku”da (Autograph Collection) “Azerbaijan Fashion Week” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, mononümayişlərdə qonaqları “LIBAS” (Azərbaycan), “ALLA Couture” (Rusiya), “SS by Sergey Shabunin” (Qazaxıstan) və “JITROIS” (Fransa), gürcü brendlərinin, eləcə də Qazaxıstan dizaynerlərinin və Ukrayna moda evlərinin kolleksiyaları nümayiş etdiriləcək. Azərbaycanı dizaynerlər Nərgiz Şahbazi, Fidan Osman, habelə “K Fabuel” “SH Couture” dəb evləri təmsil edəcək. Moda həftəsində fəaliyyət göstərəcək şou-rumlardan həm nümayiş etdirilən, həm də digər brendlərin geyimlərini almaq mümkün olacaq. Ənənəyə uyğun olaraq, “Azerbaijan Fashion Week” çərçivəsində ödənişsiz təcrübə seminarları, “IED Milan” institutunun nümayəndəsi ilə seminar, söhbətlər, KİV nümayəndələri ilə “dəyirmi masa” keçiriləcək. İldə iki dəfə keçirilən “Azerbaijan Fashion Week” ölkəmizdə moda sənayesinin populyarlaşdırılmasına və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şəraitin yaradılmasına yönəlib. Tədbirdə moda sənayesinin beynəlxalq ekspertləri, ən böyük satış şəbəkələrinin və mağazaların bayerləri, yerli və beynəlxalq jurnalların, beynəlxalq PR agentliklərinin nümayəndələri iştirak edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…