Müasir İncəsənət Muzeyində rəssam Günel Ravilovanın “ETİRAZ” adlı fərdi sərgisinin açılışı olub. Qadın mövzusuna həsr olunan sərginin ekspozisiyasında 40-a yaxın rəngkarlıq və müxtəlif ölçüdə olan qrafik əsərlər tamaşaçılara təqdim olunub. Açılışda çıxış edən Xalq rəssamı, professor Arif Hüseynov bildirib ki, Günel Ravilova əsərlərində daha çox qadın obrazı və qadın problemlərinə toxunur. “Günel xanım həmişə axtarışda olan bir rəssamdır. Onun özünə aid qrafikaları, rəngkarlıq işləri var. Hər işdə də özünün fəlsəfəsi var. Bu fəlsəfə də odur ki, bütün qadınların problemlərini həll etmək istəyir. Məhz əsərlərində də bunu çox aydın əks etdirir”, – deyə A.Hüseynov qeyd edib.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qadın obrazına həsr olunan bu sərginin çox maraqlı olduğunu deyib. “Azərbaycanda rəssamlara yaxşı şərait yaradılıb. Onlar ictimaiyyətə öz əsərlərini belə sərgilər vasitəsilə göstərə bilirlər. Bu çox önəmlidir. Günel xanımın özünəməxsus yanaşması və üslubu var”, – deyə deputat diqqətə çatdırıb. Sonra çıxış edən Günel Ravilova hər dəfə əsərlərində qadın mövzusuna toxunduğunu vurğulayaraq deyib: “Mən əsərlərimdə qadın həyatını, yaşadığı dövrü, sevgisini göstərməyə çalışıram. İşlərimə baxdığınızda görəcəksiniz ki, əsərlər həyat tərzidir, danışan əsərlərdir, hamısında nələrisə deməyə çalışmışam”.
Rəssamı narahat edən problemlərdən ən başlıcası cəmiyyətdə qadınlara qarşı doğulduğu andan münasibətlə bağlıdır. Cəmiyyətdə daimi təzyiq və qadınlara qoyulan sərhədlər səbəbindən mübarizə aparmaq çox çətinləşir və bununla qorxular yaranır. Ailə qurmamaq, müəyyən yaşa qədər layiqli ailə qurmağa vaxt tapmamaq, sosial statusuna uyğun olmayan bəy seçmək, hətta ömrünü tək keçirmək qorxusu – bütün bu inanclar nəsildən-nəslə keçir, çünki bütün bu çətinliklərdən keçmiş, qızlarını qorumağa çalışan analar özləri də istəmədən qorxularını onların üzərinə qoymağa başlayırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…