Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri tərəfindən (“Sabah” qrupu) hazırlanmış Mirzə Fətəli Axundzadə “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşası nümayiş olunub.Mərkəzdən azərtac-a bildirilib ki, tamaşa Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb.Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınıb. O, öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli mənəvi dəyərlərimizin keşiyində dayanıb. M.F.Axundzadənin Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855-ci illər arasında bir- birindən maraqlı altı komediya yazıb. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” (1850) komediyasıdır.“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini bu gün də qoruyub saxlayır.Bu tamaşanın səhnəyə qoyulmasında məqsəd gənc nəslə müasir dövrə uyğun şəkildə, yeni formatda M.F.Axundzadənin yaradıcılığını çatdırmaqdır.“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşasında Hətəmxan ağanı-Ruslan İsmayılov, Şəhribanunu-Xədicə Məmmədova, Gülçöhrəni – Anaxanım Sultanova, Şahbaz bəyi – Corc Qafarov, Xanpərini- Susanə Məmmədova, Müsyo Jordanı-Məhəmməd Musayev, dərviş Məstəli şahı- Hilal Dəmirov, Qulaməlini- Hüseynağa Aslanov, Şərəfnisəni isə – Qönçə Vəliyeva (ADPU-nun tələbəsi) oynayıblar.Tamaşanın quruluşçu rejissoru, kurs rəhbəri, Əməkdar Artist Nofəl Vəliyevdir.Komediyadakı obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri, əsərin məzmununa uyğun qurulan dekorasiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…