Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümünə start verib. Teatrın mətbuat xidməti məlumat verib ki, yeni mövsümün ilk tamaşası dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası olub. Tamaşanın nümayişindən öncə teatrın ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı çıxış edib. O, dahi Üzeyir Hacıbəylinin yaradıcılığından, Milli Musiqi Gününün əhəmiyyətindən, Azərbaycan Dövlət Musiqili Teatrının uğurlu fəaliyyətindən, nəzərdə tutulan yeni tamaşalardan söz açıb. Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası, eyni zamanda, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş etdirilib. İkihissəli möhtəşəm operetta tamaşaçılara – festival iştirakçılarına, şəhərimizin qonaqlarına, əcnəbilərə ingilis dilində tərcümə sətirləri – qaçan titrlər vasitəsilə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Əsas rolları Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova və başqaları ifa ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…