Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanının təqdimatı keçirilib. Təqdimat mərasimindəxatirə nişanı “Nizami Gəncəvi İli”nə töhfə verən elm və incəsənət xadimlərinə təqdim edilib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı təsis edilib: “Xatirə nişanı Nizami irsinin təbliği və tanıdılmasında mühüm xidmətləri olan şəxslərə təqdim olunur. Keçirilən tədbirlər çərçivəsində xaricdə Nizami Gəncəvinin heykəli ucaldılıb, Nizaminin əsərləri üzərində qurulmuş tamaşalar səhnələşdirilib, son olaraq Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilib”.
Daha sonra Elnur Əliyev tanınmış elm və incəsənət xadimlərinə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanını təqdim edib. Xatirə nişanı ilə təltif olunanlar sırasında Bakı Bələdiyyə Teatrının aktyorları -Nizami ili çərçivəsində teatrın hazırladığı “Sonsuz Tanrı məhəbbəti” tamaşasında yaratdıqları əsas rollara görə-Tural Əhməd Nizami Gəncəvi roluna, Zülfiyyə Məmmədova Afaq roluna görə təltif olunublar.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…