Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyi və “Espressione d’Arte” Assosiasiyasının birgə təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında “10 hekayə. Bunlar həqiqət ola bilərdi…” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib. Tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla ümumilikdə 250-dən çox tamaşaçı qatılıb.Əvvəlcə tədbir üçün hazırlanmış “Qarabağın səsi” adlı videoçarx təqdim edilib. Tanınmış xanəndə Tacir Şahmalıoğlunun ifasında “Bayatı-şiraz” muğamının sədaları altında Qarabağın Azərbaycanın tarixi-əzəli torpağı olmasını, habelə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın viran qalmasını göstərən kadrlar nümayiş etdirilib.Sonra İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ermənipərəst çevrələrin Xocalı soyqırımı barədə həqiqətlərin yayılmasına mane olduqlarını, bu kimi tədbirlərin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətini vurğulayıb. Xocalı qətliamının Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu söyləyən senator BMT və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişə barədə qəbul edilmiş sənədlərin uzun illər keçsə də yerinə yetirilməməsinin qəbuledilməzliyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…