Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşanın məşqlərinə başlayıb. Elnur Rzayevin “Mənim balığımsan” əsəri əsasında səhnələşdirilən tamaşa sənət ocağının baş rejissoru Xalq Artisti Bəxtiyar Xanızadənin quruluşunda təqdim olunacaq.Bu barədə Azərtac -a rejissor özü məlumat verib. Musiqi tərtibatı Səbinə Hacıyevaya məxsus olan tamaşanın rəssamı Sənubər Səmədovadır.“Tamaşada rolları aktyorlar Elnur Rzayev, Səbinə Hacıyeva, Beyrək Rüstəmov, Səbirə Həsənova və digərləri ifa edəcək. Əksər valideynlər uşaq vaxtı övladlarını ceyrana, marala, balığa və digər varlıqlara bənzədirlər. Belə bənzətmələrin tez-tez şahidi oluruq. Bu deyimlər valideynlər tərəfindən təkrarlandıqca uşaqların daxili dünyası, sanki o deyimlərlə möhürlənir. Mövcud yanaşmalar uşaqları bəzən dünyalarını o tərzdə görmək istəyinə həvəsləndirir. Səhnə əsərinin məğzi belədir ki, hər bir varlığa öz adı ilə yanaşılmalıdır”,- deyə B.Xanızadə söyləyib.Rejissor əlavə edib ki, səhnə əsərinin premyerası noyabrın ilk ongünlüyünə planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…