Fevralın 4-də Milli Kitabxanada Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib.Qeyd edib ki, Polad Bülbüloğlu zəngin yaradıcılığa malik istedadlı bəstəkardır. Onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri, “Məhəbbət və ölüm” baleti bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır. Milli Kitabxana tərəfindən bəstəkarın 20-dən artıq musiqisi Petruççi Kitabxanasının saytında yerləşdirilib.Natiq Polad Bülbüloğlunun ictimai xadim kimi fəaliyyəti haqqında danışaraq bildirib ki, o, həm Mədəniyyət naziri kimi, həm də səfir kimi Azərbaycanın mədəniyyətinin, diplomatiyasının, ölkələrarası münasibətlərin inkişafında, iki ölkənin mədəniyyətinin inteqrasiyasında çox böyük xidmətlər göstərib.Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkarın əsərlərindən, haqqında yazılmış kitablardan ibarət “Polad Bülbüloğlu – 75” adlı geniş kitab sərgisi ilə tanış olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…