Noyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində “Anda sədaqət” adlı sərgi keçirilib.Muzeydən bildirilib ki, tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda unudulmaz tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Artıq iki ildir ki, xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır.Bildirilib ki, 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşayacaqlar. Həmçinin qeyd olunub ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Artıq iki ildir ki, Vətən müharibəsində qazanılan şanlı zəfərdən sonra bütün işğaldan azad olunmuş ərazilər dirçəlir, tarixi torpaqlara həyat qayıdır.Sonda tədbir iştirakçıları mayor Elşad Həsənov, baş leytenant Hikmət Səfərov, əsgərlər Nicat Əhmədov, Nicat Tarıverdiyev, Sərxan Əliyevə məxsus, muzeyin fondlarında qorunan 80-ə yaxın şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olublar.Sərgi noyabrın 24-ə qədər davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…