Bu günlərdə Gürcüstanda baş tutmuş “Qafqaz Caz Festivalı” artıq yeddinci dönəmini yaşadı. Dünyanın ən müxtəlif qitələrindən təşrif buyuran musiqiçilərin iştirakı ilə keçirilən bu festivalın bu ilki qonaqları Qafqaz ölkələri ilə yanaşı, ABŞ, İran, Türkiyənin gənc caz musiqiçiləri oldu. Festivalda Gürcüstanı “Kanudosi”, “Hulement”, “Stumrebi” qrupları, Azərbaycanı “J.E.F. Experiment” triosu, Türkiyəni bəstəkar və pianoçu Tuluq Tırpanın kvarteti təmsil etdi. İştirakçılar sırasında İranın adını və onu təmsil edən “Arte Music Group” heyətini görmək olduqca xoş və gözlənilməz bir yenilik idi. Festivala müxbir kimi xüsusi dəvət almış caz tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Turan Məmmədəliyeva bu möhtəşəm musiqi bayramı barədə fikrini Azərtac-la bölüşüb. O, deyib: “Qafqaz Caz Festivalı” müxtəlif mədəniyyət ocaqları olan tam fərqli ölkələrin müasir, yenicə yaradıcılıq yoluna qədəm qoyan ifaçıların iştirakını və onların xoşməramlı, yaradıcı bir şəraitdə ünsiyyəti məqsədini daşıyır. Bu, qeyri-kommersiya səciyyəli festivaldır və hər il keçirilmə forması dəyişir. Bu il festival olduqca geniş miqyas alan tədbirləri ilə əlamətdar oldu. Festival konsertlərindən əlavə, cem-seyşn gecələri, qədim Axaltsixe bölgəsində yerləşən Rabat qəsri ətrafında təntənəli konsert keçirildi. Festivala böyük əhəmiyyət verən daha bir müsbət cəhət – ABŞ-dan dəvət almış Ceymi Ebersoldun caz məktəbinin nümayəndələri – caz ifaçıları olan saksofonçu Maykl Treysi və gitaraçı Kreyq Vaqnerin iştirakı ilə keçirilən ustad dərslər oldu”. Onun sözlərinə görə konsertlərdə Azərbaycanı təmsil edən “J.E.F. Experiment” triosu uğurla çıxış edib, xalq mahnılarına və R.Babayevin əsərləri əsasında hazırlanmış kompozisiyalar ifa edib. T.Məmmədəliyeva deyib ki, festival çərçivəsində yazıçı, publisist, caz haqda romanların müəllifi Zurab Karumidzenin ətrafında toplaşan müxtəlif ölkələrin müxbirlərinin iştirakı ilə “dəyirmi masa” da maraqlı olub, Qafqaz və digər ölkələrin caz həyatında üzə çıxan bir sıra məsələlərin işıqlandırılmasına imkan yaradıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…