Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Rəngarəng Gürcüstan” adlı sərgi açılıb. Sərgidə Gürcüstan İncəsənət Sarayının afişa fondunda saxlanılan Gürcüstan, Azərbaycan, Rusiya, İsrail və digər ölkələrin mədəniyyətini birləşdirən 40 opera, teatr, rəqs və kino afişası nümayiş etdirilir. Ekspozisiyadan başqa, tədbirdə “Rəngarəng Gürcüstan” adlı kataloqun təqdimatı keçirilib. Kataloqda İncəsənət Sarayında mühafizə olunan unikal afişa kolleksiyasından nümunələr toplanıb. Bu nümunələrin arasında XIX əsr Azərbaycan kino, teatr, konsert və rəqs afişaları da yer alıb. Sərginin açılışında çıxış edən muzeyin direktoru Leyla Əliyeva deyib ki, tədbirin əsas məqsədi mədəniyyət nümunələrini təbliğ etdirməklə yanaşı, gələcək nəsillərə çatdırmaqdır. Bu birinci sərgidir və burada 1900-cü ildən 2015-ci ilədək çəkilmiş kinoların, rəqs və konsertlərin afişaları nümayiş etdirilir. Yaxın vaxtlarda açılacaq ikinci sərgidə sırf teatr afişalarının nümayişi nəzərdə tutulub. Gürcüstan İncəsənət Sarayının direktoru Qeorqi Qalandiya bildirib ki, Gürcüstan Dövlət Teatr, Musiqi, Kino və Xoreoqrafiya Muzeyində 57 min teatr, kino, xoreoqrafik və siyasi afişa mühafizə olunur. Onlardan 2 mindən çoxu Azərbaycana aiddir. Həmin kolleksiyada müxtəlif dillərdə yaradılmış kino afişalar xüsusilə seçilirlər. Afişaların ən qədim nümunələri sinematoqrafiya dövrünə – 1900-cü ilə aiddir. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin, İncəsənətə Dəstək Muzeyinin və Gürcüstan Dövlət Teatr, Kino və Xoreoqrafiya Muzeyinin birgə təşkil etdikləri sərgi bir həftə davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…