1994-cü ildən ömrünü, yaradıcılığını Bakı Bələdiyyə Teatrına həsr edən, teatrın sənəsində bir-birindən maraqlı obrazlar yaradan, BBT-nin veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimovun doğulduğu gündür, 70 yaşı tamam olur.
Rafiq İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub. 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram, kino aktyorluğu fakültəsində təhsil alıb.
Tələbəlik illərində görkəmli şair Səməd Vurğunun “Fərhad və Şirin” mənzum dramından parçalarda Şapur obrazını yaradaraq sevimli müəllimi Adil İsgəndərovdan ilk “əla” qiymətini alıb. Sonralar Şekspirin “On ikinci gecə” və S. S. Axundovun “Eşq və intiqam” əsərləri əsasında hazırlanmış diplom tamaşasında Antoniyu və Şahbaz bəy rollarının ifası ilə uğur qazanıb.
Təhsilini bitirdiyi ildən Tədris teatrında çalışıb. Sonralar fəaliyyətinə Sumqayıt Dövlət Dram Teatrında davam edib. cHəmion illərdə müxtəlif səpkili tamaşalarda baş rollarda 20-yə yaxın yadda qalan obrazlar yaradıb.
Aktyor bir müddət Azərbayan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub, səhnə danışığı fənnini tədris edib.
1994-cü ildən etibarən isə bütün yaradıcılığını Bakı Bələdiyyə Teatrına həsr edib, teatrın sənəsində bir-birindən maraqlı obrazlar yaradıb.
BBT-NİN səhnələşdirdiyi Nəriman Nərimanovun “Nadir şah” faciəsində Səlim xan, R.İçərişəhərlinin “Vətənə igidlər gərəkdir” pyesində Fikrət, S.Rəşidinin “Mənim Ərdəbilim” əsərində Həşim ağa, O.Altunbayın “Tomris”ində Bagudar, F.Məmmədovun “Anasının gül balası”nda Şahmar, A.Məmmədovun “Dəli Domrul”nda Dədə Qorqud, N.Nərimanovun “Nadir şah”nda Səlimağa, N.Rəfibəylinin “Məhsətisində”- Şah, Əmir Pəhləvanın “İnsan və İblis”ndə İblis, A.Babayevin “Oğul”nda Cani, C.Cabbarlının “Dönüş”ndə Zaman, C.Məmmədquluzadənin “Ölülər”ində Səlim ağa, N.Hikmətin “Damokl qılıncı”nda Arxitektor, İ.Kərimovun “Xəyanətin Müsibəti”ndə Ömər, A.Qurbaninin “Türk sancağı”nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara imza atıb.
R.İbrahimov eyni zamanda kinoda da bir aktyor kimi müxtəlif səpgili obrazlar yaradıb. “Ağ atlı oğlan”da polis işçisi (1995, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi(2009, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı rollar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…