“British Council” Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xalça Muzeyi ilə birlikdə Şekspirin anadan olmasının 450 illik yubileyi münasibətilə “Azərbaycan Şekspir xalçası” müsabiqəsini elan edir. Müsabiqə Azərbaycan xalqının xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin əsərlərini bir araya gətirir. Azərtac xəbər verir ki, bu fikirlər mayın 18-də Xalça Muzeyində “Azərbaycan Şekspir xalçası” müsabiqəsinə həsr olunmuş mətbuat konfransında səslənib. Muzeyin direktoru Şirin Məlikova bu müsabiqənin xalçaçılıq sənətində ilk dəfə keçirildiyini bildirib: “Müsabiqə Qərbin lirikası ilə Şərqin estetikasını bir araya gətirməkdə mühüm əhəmiyyətə malikdir. Bildiyimiz kimi, süjetli xalçaçılıq Azərbaycanda geniş yayılmış sənət növlərindəndir. Müsabiqəyə təqdim ediləcək süjetli xalçada Şekspirin əsərlərinin ölməz qəhrəmanları təsvir ediləcək”. Direktor qeyd edib ki, müsabiqə peşəkar dizaynerlər, uşaqlar və digər kateqoriyalar da daxil olmaqla, Azərbaycandan olan hər kəs üçün açıqdır. Dizaynlar onlayn formada təqdim edilir. Xüsusi texniki xalça dizaynı olmasına ehtiyac yoxdur, onlar boya və ya kompyuter vasitəsilə hazırlana bilər. Ən yaxşı dizaynlar sərgidə nümayiş etdiriləcək və mükafat qazanmış əsər əsasında xalçalar toxunacaq. “British Council Azərbaycan”ın direktoru Elizabet Uayt Azərbaycanın qədim xalçaçılıq ənənələrinə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, müsabiqə ölkələr arasında mədəniyyət mübadiləsinə xidmət edir. O deyib: ““Azərbaycan Şekspir xalçası” yazıçının pyeslərindəki səhnələri təsvir edən, onun əsərlərinin motivlərini nümayiş etdirən, portret üslubunda hazırlanmış və hətta abstrakt dizayn elementləri daşıyan bir xalça ola bilər. Əsas məsələ xalçanın Şekspirin adını və Azərbaycan xalça ənənələrini təcəssüm etdirməsidir”. Elizabet Uayt bildirib ki, müsabiqənin qalibi Londona səyahət, Viktoriya və Albert muzeyinə və Şekspir Qlobus teatrına giriş biletləri qazanacaq. Habelə qalib olan dizayn əsasında hazırlanan xalça Viktoriya və Albert muzeyinin eksponatları sırasında yer alacaq. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyduğunu vurğulayan “British Council” təşkilatının regional direktoru Endi Uilyams Azərbaycanın xalça sənətinin tarixindən də danışıb: “Dünyanın ən böyük və tarixi baxımdan əhəmiyyətli, gözəl xalçalarından biri Ərdəbil (Şeyx Səfi) xalçasıdır. O, Uliyam Şekspirin dünyaya gəlməsindən 25 il öncə toxunub və hazırda Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunur. Ümid edirəm ki, belə zəngin tarixə malik xalçaçılıq sənəti ilə görkəmli yazıçının yaradıcılığını əlaqələndirmək uğurlu nəticələr verəcək”. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov layihənin Azərbaycan xalçaçılıq ənənələrinin dünyada tanıdılmasında töhfə olduğunu vurğulayıb. Bildirib ki, bu müsabiqənin keçirilməsi fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəsinə və milli mədəni sərvətimizin beynəlxalq səviyyədə təbliğ olunmasına təkan verəcək. Qeyd edək ki, müsabiqə iyulun 31-də sona çatacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…