Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 12-13-də “Xarıbülbül” musiqi festivalı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunub.Azərtac xəbər verir ki, festivalın açılışından əvvəl incəsənət xadimləri və qonaqlar “Yallı” və digər milli rəqslərimizi ifa ediblər.Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb.Festivalın birinci günündə əfsanəvi Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən unudulmaz ifalarının videoyazıları da nümayiş olunub.“Xarıbülbül” musiqi festivalının birinci günü Xalq artisti Polad Bülbüloğlunun özünün bəstələdiyi “Azərbaycan – Odlar yurdum mənim” və “Şən Azərbaycan” mahnılarının ifası ilə başa çatıb.Festival daha bir layihə ilə də yadda qalıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Əbədi imzalar” layihəsi təqdim olunub. Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu halında nəşr edilib. Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsinin – Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer alıb. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından mühüm əhəmiyyət daşıyır. “Əbədi imzalar” layihəsi çərçivəsində digər görkəmli bəstəkarlarımızın da əsərlərinin notlarının təqdimatı nəzərdə tutulur.
Qeyd edək ki, “Xarıbülbül” musiqi festivalı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən, həmçinin “Xarıbülbül” beynəlxalq incəsənət festivalı təşkil olunub. İncəsənət festivalı zamanı xarıbülbül maketləri hazırlanıb və 13 ölkəni – Azərbaycan, Türkiyə, Pakistan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Rumıniya, Ukrayna və Yunanıstanı təmsil edən 32 rəssam – Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digərləri Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri maketlərin üzərində çəkdikləri rəsm əsərləri ilə ifadə ediblər.
Xatırladaq ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin mayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil edilib. Festival mayın 13-də keçiriləcək qala konsertlə davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…