Moskvada “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş filmin qapalı nümayişi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda keçirilib.”Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova iki möhtəşəm bayram – Zəfər Günü və Dövlət Bayrağı Gününün qeyd olunduğunu bildirib. “Bugünkü tədbir daha çox gənclərə ünvanlanır. “Şuşa, Sən azadsan!” filminin nümayişi ilə gəncləri Azərbaycan əsgərinin qəhrəmanlığı ilə tanış etmək istəyirik. Bu gün pavilyonumuzda kiçik fotosərgi də nümayiş olunur. Həmin fotolarda Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbəni necə coşqu, sevinclə qeyd etməsi öz əksini tapıb. Eyni zamanda, sərgidə işğaldan azad olunan Şuşada keçirilən ilk “Xarıbülbül” Festivalından maraqlı görüntülər təqdim edilir. Düşünürəm ki, Şuşanın hər bir azərbaycanlının qəlbində öz yeri var. “Şuşa, sən azadsan” filminin nümayişi bizim üçün çox vacib idi”, – deyə o vurğulayıb.Qeyd edək ki, real hadisələr əsasında çəkilmiş film “Baku Media Center”in və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüseri Arzu Əliyevadır.Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks edildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.Film Azərbaycan dilində nümayiş etdirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…