Yanvarın 23-də Bakı Bələdiyyə Teatrının qocaman aktyoru, Əməkdar artist Tofiq Bayramovun 80 illik yubileyi qeyd olundu.
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Aynur Muxtarova başda olmaqla kollektivin iştirakı ilə keçirilən tədbirdə Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı ismayılov, Xalq artisti, BBT-nın baş rejissoru Mərahim Fərzəlibəyov iştirak edirdilər.
Hacı İsmayılov öz çıxışında Tofiq Bayramovla gənclik illərindən tanış olduğunu, hətta bir zamanlar Sumqayıt Dövlət Dram Teatrında birgə çalışdıqlarını xüsusilə qeyd etdi: “Öncəliklə Bakı Bələdiyyə Teatrının kollektivinə, xüsusuilə teatrın direktoru Aynur xanıma minnətdarlığımı bildiriəm ki, belə bir səmimi yubiley tədbiri təşkil etmsiniz. Çox səmimi, mehriban kollektivsiniz. Bu səmimiyyəti sadəcə sizin teatrda hiss etmişəm ki, bu da Aynur xanımın xidmətləridir, gözəl fəaiyyətidir. Allah elə bir şərait yaratsın ki, teatrınızın daha geniş otaqlardan ibarət binası olsun. Bu gün sözün həqiqi mənasında bayramdır, bayram tədbirində bir araya gəlmişik. Dediyim kimi, Tofiqlə Sumqayıt teatrında birgə çalşmışıq. Həyat yolumuz, yaradıcılığımız bir olub. Biz nəsil təmənnasız aktyorluq sənətinə xidmət etmişik. Buna görə Allah bizi qoruyub saxlayıb. Allah bütün yaşlı nəsli qorusun. Sədrimiz Azərpaşa Nemətov başqa olmaqla, bütün kollektvimizin adından Tofiq müəllim, Sizi yubileyiniz münasibətilə təbrik edirəm”.
Daha sonra Hacı ismayılov və Azərbaycan Teatr Xadimləri İttifaqının Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Fəxri fərmanını Tofiq Bayramova təqdim etdi.
Abdulla Qurbani öz çıxışında aktyorun 80 yaşında Xalq artisti adına layiq görülməməsini gileylə dilə gətirdi və onu da əlavə etdi ki, bu yaşında belə sənətdə nizam-intizamla çalışmaq, obrazlara hakim olmaq diqqətdən yayınmır. Sizin sənət fədaisi olmağınız bir örnəkdir. Müdafiə Nazirliyi sizin xidmətlərinizi nəzərə alaraq Fəxri Fərmanı və gül çələngini sizə təqdim edir.
Mərahim Fərzəlibəyov bildirdi ki, Tofiq Bayramovla tanışlığı uzun illəri əhatə edir: “Hətta Sumqayıt teatrında səhnələşdirdiyim tamaşalarda maraqlı rollar ifa edib. Mən onu böyük sənətkar hesab edirəm, ona can sağlığı arzulayıram. Gün o gün olsun ki, 100 illiyini qeyd edək”.
Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirməklə yanaşı, arzusunu da dilə gətirdi: “Yaradıcı fəaliyyətim boyunca zəhmətimlə sevgi qazanmışam. Bu sevgi oynadığım obrazlara da öz müsbət təsirini göstərib. Buna görə tamaşaçılarıma, eləcə də bərabər çalışdığım kollektivimə minnətdaram. Arzu edirəm ki, 90 demirəm, elə 85-ci yaşımı Bakı Bələdiyyə Teatrına məxsus binada qeyd edək. Teatrın binasının girişində böyük sənətkar Amaliya Pənahovanın büstü qoyulsun. Hər gün işə gələndə ona salam verərək səhnəyə keçək”.
Tədbirin sonunda BBT bədii rəhbəri və Direktoru Aynur Muxtarova Tofiq Bayramovu ad günü münasibətilə təbrik edərək, ona teatrın Fəxri Fərmanını təqdim etdi.
Xatırladaq ki, Azərbaycan teatrının görkəmli nümayəndəsi, Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist, “Tərəqqi” medalıyla təltif olunmuş Tofiq Bayramov 23 yanvar 1943-cü ildə anadan olub. Suraxanı rayonundakı 97 saylı orta məktəbi bitirib.
1965-1969-cu illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda aktyor sənətinə yiyələnib. Tələbə ikən C.Cabbarlının “Sevil” pyesinin tamaşasında Balaş rolunda oynayıb. İnstitutu bitirdikdən sonra təyinatını Sumqayıt Dövlət Dram Teatrına veriblər. Tofiq Qulaməli oğlu burada tamaşa qoyulan bir çox əsərlərdə müvəffəqiyyətlə çıxış edərək teatr rəhbərliyinin rəğbətini qazanıb. N.Həsənzadənin “Qoy bütün şərq bilsin”, M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah”, S.S.Axundovun “Tamahkar”, Bokarenin “Poladəridənlər” əsərlərinin tamaşalarında Tofiq Qoçu Qələndər, Şahbaz bəy, Hacı Murad və Sanya rollarında rejissorların tələb etdiklərindən də yüksək səviyyədə çıxış edib. Bir müddət Musiqili Komediya Teatrında yaratdığı maraqlı obrazlardan sonra 1995- ci ildən taleyini Bakı Bələdiyyə Teatrına bağlayıb. Bu illər ərzində Tofiq Bayramov Bakı Bələdiyyə Teatrının repertuarında olan tamaşalarda yaddaqalan çoxsaylı rollarda çıxış edib. C.Məmmədquluzadənin “Ölülər” əsərində- Hacı Həsən ağa, M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasında- Hatəm ağa, Nazim Hikmətin “Damokl qılıncı”nda- Hakim, C.Cabbarlının “Dönüş” əsərində Xosməmməd, Sofoklun “Elektra”sında- Tolfibi, İ.Kərimovun “Xəyanətin Müsibəti”ndə- Abdulla, N.Nərimanovun “Nadir şah”ında- Cavadxan, A.Babayevin “Oğul”unda- Qeysər, A.Qurbaninin “Türk sancağı”nda- Kərbəlayi Muxtar, Ə.Əliyevin “Unutqanlıq qorxunc bəladır”nda- Qarasaqqal, M.Hüseynin “Cavanşir”ndə- Cavanşir, H.Cavidin “İblis”ndə- İxtiyar rolları ilə sənətkarlığını nümayiş etdirib və çoxsaylı teatrsevərlərin alqışına səbəb olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…