Azərbaycan Xalça Muzeyində Şekspirə həsr olunmuş xalça müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərtac xəbər verir ki, müsabiqə “British Council Azerbaijan” ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi tərəfindən böyük ingilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyi şərəfinə elan edilib. Xalça Muzeyinin direktoru Şirin Məlikova “British Council Azerbaijan”ın başçısı Elizabet Uayta təşəkkür edərək bildirib ki, bu, Şekspirə həsr olunmuş birinci xalça müsabiqəsidir. O, iştirakçılara yaradıcılıq potensiallarını üzə çıxarmaq üçün böyük imkanlar yaradıb. Müsabiqənin “British Council Azerbaijan”ın başçısı Elizabet Uaytın şəxsi təşəbbüsü ilə təşkil edildiyini bildirən Böyük Britaniyanın Azərbaycandakı səfir Kerol Meri Krofts deyib: “Şekspirin yaradıcılığı indi də aktual və aydındır. Vətəndən uzaqda – Azərbaycanda onun adının hörmətlə anılması, yaradıcılığının yüksək qiymətləndirilməsi bunu bir daha təsdiq edir. Şekspirin sonet və pyesləri dünya dillərinin az qala hamısına, o cümlədən Azərbaycan dilinə tərcümə olunub və şəksiz maraq doğurur. Müsabiqənin nəticələrinə görə, Şeskpirə və onun yaradıcılığına həsr olunmuş ən maraqlı dizayn müəyyən ediləcək. Bu müsabiqə Azərbaycanın xalçaçılıqda ifadə olunmuş zəngin mədəni irsi ilə dünya şöhrətli Şekspirin ölməz yaradıcılığını birləşdirib. Azərbaycan yeganə ölkədir ki, Şekspirin yaradıcılığı xalçalarda əks olunub, onların kreativliyi və dizaynı məni məftun etdi”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…