Fevralın 14-də Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr” layihəsi çərçivəsində “Çin təqvimi üzrə Yeni il” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Muzeyin direktoru Şirin Məlikova bildirib ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. “Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”, – deyə muzeyin direktoru bildirib.Qeyd olunub ki, muzeyin əməkdaşları Azərbaycan xalçalarında rast gəlinən it ornamental motivlərindən ibarət maraqlı videoanimasiya hazırlayıblar. Sərgidə Çin səfirliyi tərəfindən təqdim olunan videoçarxlarda bu ölkənin mədəniyyəti, incəsənəti, eləcə də adət-ənənələri təsvir edilir.Tədbirdə Çinin ölkəmizdəki səfiri Vey Cinxua sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Çin təqviminə əsasən, 2018-ci ilin fevralında it ili qədəm qoyur. Buna görə də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır.İt təsvirləri dünya incəsənətinin ənənəvi elementlərindəndir, onların məna yükü isə müxtəlif dövrlərdə və bir çox xalqların incəsənətində totemdən sırf məişətə qədər dəyişir. “Belə bir sərginin açılışında iştirak etməkdən məmnunam. Bir neçə gün sonra Çin xalqı it ilini qarşılayacaq. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir. Bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir. Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək”, – deyə diplomat qeyd edib.Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev belə bir layihənin Xalça Muzeyində reallaşdırılmasını yüksək qiymətləndirib, bu işdə hər kəsə təşəkkürünü bildirib.Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi fevralın 28-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…