Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti özünün Daşkənd şəhərindəki “Qəbullar evi”nin həyətində “Xalqların adət-ənənələri və milli yeməkləri” adlı 14-cü xeyriyyə festivalı keçirib. Festivalda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyimizin və bu qurumun nəzdindəki Mədəniyyət Mərkəzinin əməkdaşları, digər ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər. Diplomatik servis xidmətinin rəhbəri Abduraşid Kayumov festivalın əhəmiyyəti, xalqların bir-birini daha yaxşı tanımasında belə tədbirlərin rolundan danışıb. Səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatlar haqqında kitab və albomlar nümayiş etdirilib. Qarabağın milli qadın və kişi geyimləri, Qarabağ xalçaları, suvenirlərimiz iştirakçıların marağına səbəb olub. Xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər, milli musiqi alətləri, milli məişət əşyalarımız buraya gələnlərin diqqətini çəkib. Guşədə qonaqlara milli xörəklərimiz, o cümlədən dolma, plov, dovğa, kükü, qutab və müxtəlif kabablar təklif edilib. Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb. Azərbaycan Mədəniyyət Mərkəzi festivalda aktiv iştirak etdiyinə görə diploma layiq görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…