XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 28-də axşam açıq səhnədə musiqisevərlərə növbəti konsert proqramı təqdim olunub. Konsertdən əvvəl Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalının çox gözəl bir ənənəsi var – illərindən asılı olaraq, musiqi mədəniyyətinə böyük töhfələr verən bəstəkarların, ifaçıların yubileylərini qeyd etmək, onların əsərlərini səsləndirməklə bir daha o dahilərin önündə baş əymək və onları anmaq. 2023-cü il həm də Sergey Raxmaninovun anadan olmasının 150 illiyi ilə əlamətdardır. Raxhmaninovun musiqisinin paklığı, mərhəməti hər zaman tamaşaçının diqqətini özünə çəkir. Şərqlə bağlı olan yaddaşından irəli gələn bağlantıları ilə Raxmaninov musiqisinə bəşəri səs, harmoniya gəlir. Məhz bu bəşəri bağlantını daha gözəl surətdə festival iştirakçılarına çatdırmaq üçün bu gün Raxmaninov musiqisini digər bir dahinin – Vilyam Şekspirin sonetləri ilə birləşdirib diqqətinizə çatdırırıq”.
Konsertin birinci hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun “Piano və orkestr üçün konsert” əsəri səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
Sonra respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Məmmədov orkestrinin müşayiəti ilə dahi bəstəkarın digər əsərlərini ifa edib.
Festival çərçivəsində iyulun 29-da saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera musiqisi təqdim ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…