Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib.Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, festival çərçivəsində Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri Özbəkistanın Daşkənd və Buxara şəhərlərində nümayiş etdirilib. Sözügedən filmlər festival çərçivəsində keçirilən “Azərbaycan kino günləri”ndə təqdim olunub.Mərasimdə festivalın qonaqları, kinosevərlər, alimlər, sənətşünaslar, kino ulduzları, Azərbaycandan dəvət olunan kinematoqrafçılar, rejissorlar, kino sahəsinin mütəxəssisləri, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.Çıxış edən Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov ölkə başçısının təşəbbüsü ilə keçirilən Daşkənd Beynəlxalq Kinofestivalın yüksək əhval-ruhiyyə ilə tarixə düşəcəyini söyləyib.Özbəkistan kinematoqrafiya agentliyinin rəhbəri Firdavs Abduxolikov ölkədə kinematoqrafiyanın inkişafının birbaşa dövlət başçısının diqqətində olduğunu qeyd edib. O, 1968-ci ildə əsası qoyulmuş Daşkənd Beynəlxalq Kinofestivalının yenidən dirçəldilməsi ideyası və təşəbbüsünün Prezident Şavkat Mirziyoyevə məxsus olduğunu söyləyib.Bağlanış mərasimində, həmçinin “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycanlı gənc kinorejissor Aleksandr Hacıyevskinin “Turan” adlı qısametrajlı filmi müsabiqənin xüsusi mükafatına layiq görülüb.Özbəkistan Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov qaliblərə mükafatlar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edib.Qeyd edək ki, sentyabrın 13-dən 18-dək keçirilən “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalında dünyanın 40 ölkəsindən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Rusiya, Hindistan, Polşa, Kanadadan 500-dən çox kinematoqrafçı iştirak edib. Kinofestival çərçivəsində Özbəkistan tamaşaçılarına 150 bədii, sənədli və qısametrajlı filmlər təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…