Azərbaycan çoxmillətli dövlət kimi zəngin və rəngarəng mədəni irsə malikdir.
Bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.
Nazir qeyd edib: “Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni dəyərlərin qorunub saxlanmasına və təbliğinə yönəlib. Hər bir mədəni irs obyekti dövlət tərəfindən qorunur və beynəlxalq aləmdə fəal şəkildə təbliğ olunur”.
A.Kərimli qlobal iqlim dəyişikliyi şəraitində sıx beynəlxalq əməkdaşlığa və mədəniyyət sahəsində innovativ həllərdən istifadəyə təcili ehtiyac olduğunu vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konfransı Tərəfləri Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində təşkil ediləcək mədəniyyət nazirlərinin görüşündə iqlim dəyişikliyinin mədəni irsə təsiri mövzusunun diqqət mərkəzində olacağını da diqqətə çatdırıb.
Mədəniyyət naziri tədbirdə iştirak edənləri bu konfransda iştirak etməyə dəvət edib.
Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova çıxışında xarici ölkələrlə mədəniyyət mübadiləsi festivallarının qorunub saxlanmasının və təbliğinin vacibliyini qeyd edib. O, həmçinin bildirib ki, ən yüksək səviyyədə dəstəklənən mübadilə – Mədəniyyət illərinin elan edilməsi yaxşı təcrübədir.
Rusiya Federasiyasının şimal paytaxtında keçirilən Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda 80 ölkədən nümayəndələr iştirak edirlər. Bu il Forumun əsas mövzusu “XXI əsrin mədəniyyəti. Suverenlik və ya qloballaşma?” olub.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…